Fəlsəfə İnstitutunun əməkdaşı Türkiyədə beynəlxalq Simpoziumda iştirak edib
Selçuk Önal rəhbərliyində Türkiyə Anıtlar Dərnəyi 16 dekabr 2017-ci ildə Ankarada Atlanda Hoteldə “Türk Dünyası Coğrafiyasında yox edilən tarixi və kültür varlıqları! Qarabağ anıtları” adlı simpozium keçirilmişdir. Simpoziumda Azərbaycandan bir çox elm xadimləri, millət vəkilləri və sənət adamları iştirak etmişlər. Konfrans 1-ci hissəsində prf. dr.Aygün Attarın, ikinci hissəsində prof.dr. Nəsib Nəsiblinin sədrliyi ilə keçirilmişdir. Birinci hissə “Qarabağda Türk və Müsəlman İzlərini Əks ettirən Tarixi və Mədəni Miras gözü ilə xarici dünyanın Qarabağa baxışı” başlığı altında işə başlamışdır. Simpoziumda Azərbaycan Millət vəkili Fərəc Quluyevin “Azəbaycanın Rəsmi Qarabağ siyasəti”, Qarabağ qazisi Elman Fəttahın “Sovetlərin dağılmasında Qafqazda Seperatizm hərəkatları və Dağlıq Qarabağ”, prof.dr. Firudun Ağasıoğlunun “Xristian Alban Türkləri”, Almaniyadan olan yazar Ramazan Özün “Güney Qafqazda Strateji Oyunlar - Dağlıq Qarabağ problemi” mövzusunda məruzələr dinlənilmişdir. Simpoziumun ikinci hissəsi “Qarabağın işğalı sonrasında yox edilən tarixi və mədəni miras ilə işğal altındakı bölgələrin gələcəyinə ümumi baxış” adı altında işə başlamışdır. Burada doç.dr Seyfəddin Altaylı “Qərbi Azərbaycan-Zəngəzur nədən Ermənilərə verildi?”, AMEA Fəlsəfə İnstitunun elmi işçisi Yasəmən Qaraqoyunlu “Qarabağ savaşı, son durum. Azərbaycan nə etməlidir?”, dr. Rza Heyət “Güney Azərbaycanda Türk Mədəni Mirasının bugünkü durumu” mövzusunda məruzələrlə çıxış etmişlər.
Konfransın sonunda beynəlxalq təşkilatlara müraciət qəbul edilmişdir.
Konfransın sonunda beynəlxalq təşkilatlara müraciət qəbul edilmişdir.