Tədqiqatçı İlham Abbasov İkinci Dünya müharibəsinin azərbaycanlı partizanları haqqında arxiv məlumatların təqdimatını keçirib
Azərbaycanlı sosioloq və tədqiqatçı İlham Abbasov ömrünün 8 ilini azərbaycanlıların İkinci Dünya müharibəsi illərində Avropada faşistlərə qarşı müqavimət hərəkatında iştirakı mövzusunun öyrənilməsinə həsr edib.
Bu illər ərzində toplanmış çoxsaylı arxiv materialları – fotoşəkillər, sənədlər ötən əsrin ortalarında Fransa, İtaliya, keçmiş Yuqoslaviya və digər Avropa ölkələrində partizan hərəkatında iştirak etmiş həmyerlilərimizin taleyinə işıq salır.
Dünən Bakıda keçirilmiş sərgidə çox dəyərli arxiv materialları nümayiş etdirilib. Sərginin təşkilatçısı araşdırma apardığı illər ərzində ona əziz insanlara çevrilmiş qəhrəmanların hər biri haqqında məlumat verib.
“Sovet respublikalarından olan 6 minədək partizan İtaliyada, 8 minədək partizan keçmiş Yuqoslaviyada döyüşüb. Onların arasında Azərbaycandan, Gürcüstandan, Dağıstandan, Rusiyadan, həmçinin digər ölkə və regionlardan yüzlərlə azərbaycanlı da olub”, - İlham Abbasov “1news.az”a müsahibəsində deyib.
“Bu insanlar alman işğalçılarına qarşı mübarizədə həyatlarından keçiblər. Təəssüf ki, onlar haqqında lazımi qədər məlumatlı deyilik. Hesab edirəm ki, qəhrəmanlarımız tanınmağa və xatırlanmağa layiqdirlər”, - o əlavə edib. Tədqiqatçı nəsillərin varisliyinə böyük əhəmiyyət verdiyini vurğulayıb və buna misal kimi Birinci Qarabağ müharibəsində həlak olmuş iki milli qəhrəmanımızın məhz partizan Mehdi Hüseynzadənin şəhərinə “Mixaylo” ləqəbi daşıdıqlarını göstərib.
Sərgidə Fransa, İtaliya, Yuqoslaviya və Slovakiya Müqavimət hərəkatının tərkibində döyüşmüş 30 azərbaycanlı partizan haqqında məlumat təqdim edilib.
“Bu, müxtəlif yaşlı və fərqli sosial təbəqələrin nümayəndələri olan şəxslərdir. Onların sırasında müəllimlər, buruq ustaları və hətta məktəbli ikən müharibəyə qoşulmuş şəxslər var. Bu şəxslərin müharibədən sonrakı həyatı da fərqli olub. Kimisə partizan olduğunu sübut edə bilməyib, kimisə, əksinə mükafatlar və üstünlüklər əldə edib. Onların taleyi fərqli olub”, - İlham Abbasov deyib.
İlham Abbasovun təqdimat zamanı həyat hekayəsini danışdığı şəxslər sırasında Müqavimət hərəkatının “Piotto” ləqəbli Əli Babayev və Şəmkir rayonundan olan “Mixail-Moska” ləqəbli (əsl adının Oruc Əliyev olduğu güman edilir) azərbaycanlı nümayəndələri də var.
Əli Babayev İtaliyanın şimalında, Udine şəhəri yaxınlığında fəaliyyət göstərən Çapayev adına batalyonun komandiri olub. “Mixail-Moska” da həmin batalyonda döyüşüb.
“Piotto” və “Mixail-Moska” İtaliya Müqavimətinin ən səs-küylü əməliyyatlarından biri olan Udine şəhərində həbsxanaya hücumda iştirak ediblər. Partizanların bir itki belə vermədikləri bu hücum nəticəsində 73 nəfər həbsxanadan azad edilmişdi. Hücumun sivri ucunda olan Əli Babayev göstərdiyi rəşadətə görə Haribaldi diviziyalarının komandanlığı tərəfindən müfakata təqdimat alıb. Lakin, təəssüf ki, gümüş medalı ona təqdim etmək mümkün olmayıb”, - İlham Abbasov deyib.
İlham Abbasovun fikrincı, ən kədərli hekayə İtaliyanın cənubunda, Neapol yaxınlığında partizan müharibəsində iştirak etmiş iki qardaşın hekayəsidir. Onlar Avropada döyüşmüş ilk sovet partizanları sırasında olublar. İtalyanların yaddaşında onlar Taşibayo və Nasibayo Mikay kimi qalıblar. Bu qəhrəmanların əsl adları isə naməlumdur. Sadəcə bu qardaşların Azərbaycandan olduqları məlumdur. Onların hər ikisi 1943-cü ilin sentyabr ayında həlak olublar.
İlham Abbasov Azərbaycan tarixçilərinin indiyədək bu qardaşların taleyinə maraq göstərməməsini və bu qəhrəmanların, həmçinin digər azərbaycanlı partizanların qəhrəmanlıqlarını araşdırmamasını təəssüf hissi ilə bildirir.
Əlbəttə ki, sərgidə, bəlkə də Müqavimət hərəkatının ən məşhur azərbaycanlı iştirakçısı, Mixaylo ləqəbli Mehdi Hüseynzadə haqqında da sənədlər təqdim edilib. O, İtaliyada ilk, Yuqoslaviyada isə 8 min sovet partizanı arasında yeganə Sovet İttifaqı qəhrəmanı olub.
“Sloveniya və İtaliya ərazisində fəaliyyət göstərən 9-cu Sloveniya Korpusunun qərargahında poliqlot, hamıyla dil tapmağı bacaran Mehdi Hüseynzadənin potensialını görüb, onu alman və italyan faşistlərə qarşı ən ciddi tapşırıqlara göndəriblər. Mixaylo bu tapşırıqları incə dəqiqliklə yerinə yetirib”, - sərginin müəllifi deyib.
“Almanlar onu xeyli axtarıblar. Məlumatlara görə, “Mixaylo”nu tapmaq və məhv etmək məqsədilə almanlar 11 yuqoslaviyalı və italyanı güllələyiblər. Ələ keçirilənlərin çoxu “Mixaylo” olduqlarını iddia etdiklərinə görə, onlar qətlə yetirildikdən sonra axtarışlara bir müddət fasilə verilirdi. Lakin, bir müddət sonra Mehdi Hüseynzadə yeni tapşırığı yerinə yetirməklə, yenidən ortaya çıxırdı. Bununla, axtarışlara yenidən start verilirdi”, - araşdırmaçı deyir.
İlham Abbasov 8 il öz təşəbbüsü ilə Müqavimət hərəkatının iştirakçıları haqqında arxiv məlumatlarının axtarışını həyata keçirib. Azərbaycanlı partizanlarla bağlı axtarışlar zamanı o, Azərbaycandan savayı Sloveniyanın, İtaliyanın, Fransanın və digər Avropa ölkələrinin arxivlərində işləyib. Hər dəfə imkan tapdıqca, vaxtını saralmış sənədlərin öyrənilməsi ilə keçirib.
Bu gün o, axtarışlarını davam etdirməyi və əldə etdiyi bütün məlumatları bir monoqrafiya şəklinə salmağı planlaşdırır. Lakin, könüllülük əsasında həyata keçirilən layihə məlum səbəblərdən ləng icra olunur.
Azərbaycanın Avropanın Müqavimət hərəkatındakı rolu ilə maraqlanan hər kəs ilham.partizan@mail.ru e-poçtuna yazmaqla, İlham Abbasovla əlaqə saxlaya bilərlər.
"1news.az"