06.05.2022, 13:15 - Baxış sayı: 322

Professor Sakit Hüseynovun məqaləsi beynəlxalq konfrans materiallarında çap olunub


Professor Sakit Hüseynovun məqaləsi beynəlxalq konfrans materiallarında çap olunubAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, f.e.d., professor Sakit Hüseynovun Tokio (Yaponiya) keçirilən beynəlxalq elmi və praktiki konfrans materiallarında məqaləsi çap olunub.
Məqalə - “Yaşıl iqtisadiyyat”, “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiya¬larının fəlsəfi-sosioloji cəhətdən araşdırılmasına həsr edilmiş və Davamlı inkişaf konsepsiyasının əsaslandığı 5 prinsip tezis formasında şərh edilmişdir.
Məqalədə Davamlı inkişafa keçmək üçün “Yaşıl iqtisadiyyat” modeli sosial-fəlsəfi baxımdan təqdim edilmiş və Respublikamızda yaşıl iqtisadiyyata keçidin perspektivləri təhlil edilmişdir.
Burada elmi maraq doğuran məsələlərdən biri “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyalarının fəlsəfi-sosioloji aspektdə ilk dəfə olaraq şərh edilməsidir. Dünyanın bir çox ölkələrində tətbiq edilən “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyası Azərbaycanda işğaldan azad olunmuş ərazilərdə ilk dəfə olaraq tətbiq edilməsi də müəyyən elmi maraq doğurur. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə ilk dəfə olaraq Zəngilan rayonunun Üçüncü Ağalı kəndində ”Ağıllı kənd” layihəsinin icrasına başlanılması da oxucuların diqqətini cəlb edir.
Məqalədə İşğaldan azad olunmuş ərazilərimizin bərpası ilə əlaqədar nəzərdə tutulan konkret faktlar Kəlbəcər rayonunun timsalında göstərilmiş və bərpa olunacaq ərazilərimizdə Davamlı inkişaf perspektivlərinin göstəricisi kimi təqdim edilmişdir.