“Azərbaycanlı partizanlar Avropa müqavimət hərəkatında: yeni faktlar və sənədlər”adlı seminar keçirilib
AMEA Fəlsəfə və Sosiologiya İnstitutun elmi işçisi, f.ü.f.d., sosioloq və tədqiqatçı İlham Abbasov “Azərbaycanlı partizanlar Avropa müqavimət hərəkatında: yeni faktlar və sənədlər”adlı seminar keçirib.
İtaliyada ilk sovet partizanları - azərbaycanlı qardaşlar. Yeganə İtaliya hərbi təqaudçüsü. Yugoslaviyada 8000 sovet partizanlarından yeganə Sovet İttifaqı Qəhramanı. “Qafqazlı Piotto” və “Moskvalı Mikayıl”. Pyaçensada iki mərmər obelisk. Mixail Ulyanov və Mixail Kasumov - itirilmiş məzarlar. Azərbaycanlılar Yuqoslaviya partizanları aralarında 1943 cü il. 1945-2020-ci il qəhramanları.
İkinci Dünya Müharibəsində azərbaycanlıların Avropa müqavimət hərəkatında iştirakı hələ də olduqca aktualdır. İlham Abbasovun uzun illər həyata keçirdiyi tədqiqatın göstərdiyi kimi, İtaliyadakı ilk sovet partizanları 27 sentyabr 1943-cü ildə Neapol (Napoli) yaxınlığında Santa Maria Kapua Vetere bölgəsində həlak olmuş azərbaycanlı iki qardaş olub. İtalyanlar onların adlarını təhrif olunmuş Taşibayo və Naşibayo Mikay kimi xatırlayırlar. Bu qardaşların taleyi və qəhrəmanlığı Azərbaycan tarixşünaslığında hələ də aydınlaşmamış “ağ ləkədir”.
1975-ci ilə qədər Mussolinini həbs edənlər arasında olmuş azərbaycanlı Vilayət Hüseynovu (İlya) italyanların ukraynalı hesab edirdilər, belə ki, səhvən onun doğulduğu şəhər Kirovoqrad kimi qeyd edilmişdi. Arxiv sənədləri onun 1944-cü il dekabrın 30-da, Ducenin həbsindən 4 ay əvvəl vəfat etdiyini əminliklə söyləməyə imkan verir. Ona və başqa bir partizana – İsmayıl İbrahimova komandanlığın əmri ilə mərmər obelisk qoyulmuşdur. Onların komandiyi Hilal Cavadov sağ-salamat qayıtmış və bu məlumatların hifz olunmasında rol oynamışdır.
Mehdi Hüseynzadə Yuqoslaviyada vuruşan 8000 Sovet partizanı arasında yeganə Sovet İttifaqı qəhrəmanı idi. Həmçinin, o yeganə Sovet partizanı olub ki, onun ölümü ilə bağlı Sloveniyanın partizan qəzetində nekroloq çap olunmuşdu və arxiv sənədlərinə əsasən 9-cu korpusun ştabından baş qərargaha təklif olunmuşdu ki, ona Yuqoslaviyanın Milli qəhrəmanı adı verilsin.
İtaliyada döyüşmüş 6000 Sovet partizanlarından yalnız biri - Məmməd Bağırov İtaliyanın hərbi təqaüdçüsü idi. O, həmçinin Pestoya şəhərinin fəxri vətəndaşı idi.
1945-ci il 7 fevral tarixində Udine şəhərində yerləşən həbsxanaya ordakı partizanları azad etmək məqsədilə hücum olunub, hücumu həyata keçirən 21 nəfərdən üçün Sovet İttifaqından olub. Onlar Qafqazlı Pietto, Moskvalı Mixail və Xarkovlu Vittorio Litovko. Bütün sənədlərdə Qafqazlı Pietto kimi qeyd olunan əslində naxçıvanlı Əli Babayev idi. O, Çapayev adlı batalyonun komandiyi idi. Moskvalı Mixailin güman olunan adı şəmkirli Oruc Əliyevdir. Əli Babayev gümüş medala layiq olduğuna dair arxiv sənədi təqdim edildi.
Yuqoslaviyanın 9-cu korpusunda vuruşan azərbaycanlılar rota və tağım komandiri vəzifəsində vuruşublar. Beləliklə, hərbi sənədlərdə Mixail Ulyanov kimi təqdim olunan Şamil Hüryanov Voysko qəsəbəsinin qəbristanlığında basdırılmışdır. Məzarın dəqiq yeri hazırda itirilib. Mixail Kasumov isə əslində Məmməd Qasımov olub. Tağım komandiri məhz o idi. Jiri qəsəbəsi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub. Jiridə hal-hazırda memorial abidə ucaldılıb və qeyd olunub ki, üç naməlum Sovet partizanı burda basdırılıb. Arxiv sənədləri Qasımovun məhz orda basdırıldığını sübut edir, lakin göstərilən yerdə bu qeyd olunmamışdır.
Həmyerlilərimiz Yuqoslaviyada vuruşan ilk Sovet partizanları arasında idilər.
Həmçinin qeyd edək ki, Əhmədiyyə Cəbrayılovun oğlu Mikayıl Qarabağda 1990-cı ildə erməni separatçıları ilə döyüşlərdə həlak olub. Məmməd Bağırovun nəvəsi - -Murad Əfəndi 44 günlük Qarabağ savaşının qəhrəmanı olaraq bir neçə orden və medulla təltif olunmuşdur. İki Qarabağ müharibəsi, habelə 2016-cı il aprel döyüşlərində ən azı beş şəhid Mixaylo ləqəbini daşımışlar. Onlarda ikisi Milli qəhrəman adına layiq görülmüşlər, onlardan biri Mehdi Abbasov, digəri Tofiq Hüseynovdur.