Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi Şəhla Musayeva "Nəzakət və etiket" qaydaları mövzusunda təlim keçib
Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə "Məktəblinin dostu" layihəsinin təşkilatçılığı ilə "Nəzakət və etiket" qaydaları mövzusunda təlim keçirilib. Təlim AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Etika şöbəsinin aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Şəhla Musayeva tərəfindən aparılıb. Təlimdə məktəbin müəllim kollektivi və 6, 7, 8-ci sinif şagirdləri iştirak ediblər.
Şəhla Musayeva şagirdlərə salamlaşma qaydaları, qida və geyim, həmçinin qonaq getmək mədəniyyəti barədə danışıb. O, eyni zamanda, Azərbaycan və digər ölkələrdə mövcud olan etiket və nəzarət qaydaları arasında bəzi fərqli xüsusiyyətlər, adət-ənənələrlə bağlı nümunələri şagirdlərin diqqətinə çatdırıb.
Təlimin sonunda müəllim və şagirdlərin sualları cavablandırılıb, mövzu barədə müzakirə aparılıb.