Xırdalanda Ulu öndər Heydər Əliyevə həsr edilmiş kitabın təqdimatı keçirilmişdir
12 may 2022-ci il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Xırdalan şəhərində yerləşən Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birlikdə İnstitutun sabiq aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, Xırdalan şəhərində yaşayan təqaüdçü Məmmədağa Sərdarovun "Mahir siyasətçi, müdrik rəhbər" kitabının təqdimatını keçirmişdir.
Kitabxananın direktoru, şairə Məlahət Yusifqızı Fəlsəfə və Sosiologiya İnstitutunun bu təqdimatla əlaqədar təşəbbüsünün ölkəmizin alimləri ilə gənc oxucuların görüşü üçün yaxşı fürsət olduğunu vurğulamış, İnstitutun baş direktoru, professor İlham Məmmədzadəyə və institutun kollektivinə təşəkkürünü bildirmişdir.
Təqqimatda İnstitutun icraçı direktoru, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Məmmədağa Sərdarovun Ulu öndərə həsr etdiyi kitabı barəsində geniş məlumat vermiş, 80 yaşını ötmüş müəllifin Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi zamanlarda dövlət qurumlarında və elmi müəssisələrdəki əmək və yaradıcılıq fəaliyyəti barəsində danışmış, Ulu öndərin hər bir azərbaycanlının qəlbində dərin iz qoyduğunu vurğulamışdır.
İnstitutun aparıcı elmi işçiləri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əli İbrahimov, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılov, elmi işçi Telman Quliyev, Xırdalan sakinlərindən şair, Xırdalan Ədəbi məclisin fəallarından Vüsal Ağa, ziyalılardan Azad Abidov çıxış edərək həm Ulu öndər barəsində, həm də tədqiqatçı M.Sərdarov haqqında öz fikir və mülahizələrini ifadə etmişlər. Kitabxananın yeniyetmə oxucularından Alsu Səmədzadə, Zeynəb Əmiraslanlı M.Sərdarovun Vətən haqqında şeirlərindən qiraətlə nümünələr təqdim etmişlər. Şairə Məlahət Yusifqızı və Məmmədağa Sərdarov da öz şeirlərindən bəzilərini dinləyicilərə təqdim etmişlər.
Ulu öndərin anadan olmasının 99-cu ilində keçirilən bu birgə tədbirin gənc oxucularda Ulu öndərin irsinə marağın artmasına, eləcə də onlarda Vətənə və xalqa sədaqət və məhəbbət hissinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayan Eynulla Mədətli həm təqdim edilən kitabın müəllifi Məmmədağa Sərdarova, həm də bu maraqlı tədbir üçün şərait yaratdığına və göstərdiyi diqqətə görə Məlahət Yusifqızına təşəkkür etmiş, bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirmişdir.