11.05.2022, 11:01 - Baxış sayı: 250

“İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri” şöbəsində seminar keçirilmişdir


“İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri” şöbəsində seminar keçirilmişdirAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosioloji problemləri” şöbəsində 11 may 2022-ci il tarixində f.ü.f.d. Məhəmməd Cəbrayılovun “Müasir geosiyasətdə infoimperializm amili süni intellekt müharibəsinə nəzəri yanaşma” mövzusunda seminarı keçirilmişdir.
Seminarı Kamran Məmmədov açaraq sözü məruzəçi Məhəmməd Cəbrayılova vermişdir. Alim süni intellektin gələcək müharibə ilə əlaqəli yenilikləri və texnoloji inkişafın hərbi tətbiqlər üçün perspektivləri, beynəlxalq təhlükəsizlik üçün təsirləri geostrateji aspektinə toxunaraq qeyd etdi ki, məqsədimiz araşdırdırılan mövzu daxilində qlobal güclərin hərbi istiqamətlər üzrə süni intellektlə bağlı nail olduqları texnoloji inkişafın nəticələrinin aydınlaşması olmasa da, dərin təhlillər aparılan zaman qarşıya ciddi suallar çıxır və mövzunun texniki kontekstdən kənarda izah etmək çətinliyi yaranır. Məhz bu baxımdam süni intellekt əslində nədir və o, digər texnologiyalardan nə ilə fərqlənir, bu texnologiyalar və xüsusi imkanlar arasında mümkün inkişaf yolları və əlaqələr hansılardır, təhlükəsizlik üçün yaradılan süni intellekt texnologiyalarının sübut edilmiş imkanları və tətbiqləri hansı səviyyədədir, hərb və müharibə üçün nəzərdə tutulan süni intellekt inkişafın hansı mərhələsindədir və s. kimi suallar mövzunun inkişaf etdirilməsində qlobal güc mərkəzlərinin hərbi strategiyası və imperializm məqsədləri ilə əlaqəli şəkildə nəzərdən keçirdiyini qeyd edən alim daha sonra vurğulamışdır ki, müasir dünyada yeni informasiya texnologiyaları inkişaf etdirilir. İmperializm formaları yeni siyasi texnologiyalarla inkişaf etdirilərək infoimperializm, maliyyə imperializm kimi milli identikliyə və milli təhlükəsizliyə təhlükə yaradan yeni təsir formalarının meydana çıxmasından danışan Məhəmməd Cəbrayılov bəşəriyyəti gözləyən təhlükələrin müxtəlif aspektlərinə toxundu. Daha sonra süni intellektin müharibədə yeni hərbi inqilaba səbəb olduğunu müxtəlif faktlarla elmi əsaslandırmalar üzərində fikrini inkişaf etdirən alim ikinci Qarabağ müharibəsində Azərbaycanın süni intellektə əsaslanan yeni nəsil silahlardan istifadə etməsi, rəqəmsal texnologiyaların müharibədə istifadə olunan klassik silahlardan üstün olduğunu və onun gələcək doğura biləcək təhlükələri haqqında geniş məlumat verdi.
Seminarda f.ü.f.d., Xanım Mustafayeva, aparıcı elmi işçi f.ü.f.d., Firuzə Əliyeva, böyük elmi işçi, f.ü.f.d., Səbirə İskəndərova, elmi işçilər Yeganə Bağırova, Humay Eminova, İlhamə Hüseynova, kiçik elmi işçilər Kamran Məmmədov, Elxan Quliyev, Zümrüd Hüseynova, böyük laborant Şəms Qasımova mövzu ilə bağlı məruzəçiyə suallar vermiş, çıxışlar ətrafında müzakirələr aparılmışdır. Yekunda seminar iştirakçıları tərəfindən məruzəçinin çıxışı yüksək qiymətləndirilmişdir.
“İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri” şöbəsində seminar keçirilmişdir