20.05.2022, 10:56 - Baxış sayı: 320

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Mahrux Nəcəfli “Azərbaycan ailə modelinin inkişaf strategiyası” mövzusunda çıxış etmişdir


Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Mahrux Nəcəfli “Azərbaycan ailə modelinin inkişaf strategiyası” mövzusunda çıxış etmişdirAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 18 may 2022 tarixdə “Azərbaycan ailə modelinin inkişaf strategiyası” mövzusunda konfrans keçirilmişdir. Konfransı təşkil etməkdə məqsəd ailə məsələləri mövzusunda ictimai müzakirələr - müasir cəmiyyətdə sağlam ailə modelinin, ailə institutunun formalaşmasına yönəlmiş effektiv mexanizmlərin yeni formatlarının müzakirəyə çıxarılmasıdır.
Konfransda dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, alimlər, ictimaiyyət nümayəndələri və Komitənin “Ailə könüllüləri” iştirak etmişlər.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Müasir fəlsəfə problemləri” şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli tədbirdə “Mövcud ailə sisteminin elmi-nəzəri əsasları mövzusunda” çıxış etmişdir.