23.05.2022, 11:55 - Baxış sayı: 340

Gənclər arasında dini dözümlülük və multikulturalizmin təbliği mövzusunda təlim keçirildi


Gənclər arasında dini dözümlülük və multikulturalizmin təbliği mövzusunda təlim keçirildiQHT Agentliyinin dəstəyi, “Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı, “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə gənclər arasında dini dözümlülük və multikulturalizmin təbliği mövzusunda təlim keçirilib.
Təlimi giriş sözü ilə açan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Aydın Əlizadə çıxışı zamanı din və multikulturalizm, habelə dövlət və din münasibətlərində cəmiyyətin yanaşmasına toxunub.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayev mövcud təcrübə və imkanlardan çıxış edərək, gənclərdə dini şüurun sosial-psixoloji reabilitasiyası işi, dini dözümlülüyün və multikulturalizmin təbliği məsələlərindən danışıb.
Təlim müddətində həmçinin müasir cəmiyyətdəki bəzi dini cərəyanların radikal baxışlarından və dini dözümsüzlük hallarından qorumaq məqsədilə atılan maarifləndirici addımlar barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, təlim “Gənclər arasında zərərli dini baxışların sosial-psixoloji reabilitasiyası, dini dözümlülük və multikulturalizmin təbliği” layihəsi çərçivəsində həyata keçirilir.
Gənclər arasında dini dözümlülük və multikulturalizmin təbliği mövzusunda təlim keçirildi
Gənclər arasında dini dözümlülük və multikulturalizmin təbliği mövzusunda təlim keçirildi