Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Tarixə fəlsəfi yanaşmalar” mövzusunda seminar keçirilib
Bu gün AMEA Fəlsəfə İnstitutunda növbəti seminar keçirilib. Fəlsəfə İnstitutunun direktoru, f.ü.e.d., professor İlham Məmmədzadə və f.ü.e.d., professor Zümrüd Quluzadənin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Tarixə fəlsəfi yanaşmalar” mövzusunda məruzələri dinlənilib.
İlk olaraq çıxış edən Zümrüd Quluzadə milli fəlsəfə və milli fəlsəfi tarix anlayışına diqqət edilməsinə, fəlsəfə tarixinin yazılıb dünya səviyyəsinə çıxarılmasına, İran alimləri ilə əlaqələrin qurulması ilə yanaşı Cənubi Azərbaycan fəlsəfə irsinin araşdırılmasına da ehtiyac olduğunu qeyd etdi.
Sonra çıxış edən İlham Məmmədzadə Prezident İlham Əliyevin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etməsini fəlsəfə tarixi və tarixin fəlsəfəsi baxımından əhəmiyyətli olduğunu vurğuladı.
Daha sonra maarifçiliyin fəlsəfəsinə diqqət çəkən İ.Məmmədzadə maarifçiliyi inkişaf etdirmək üçün buna özünü tənqidi yanaşmanın vacibliyini xüsusi vuğulayıb. Azərbaycan fəlsəfə tarixinin qədim köklərə malik olduğunu deyən İlham Məmmədzadə qeyd edib ki, hər bir millətin öz fəlsəfəsi olduğu kimi Azərbaycan xalqının da öz fəlsəfəsinin olduğunu və bunu daha da inkişaf etdirib dünya səviyyəsinə çıxarılması yönündə daha çox işlərin görülməsini bildirdi.
Sonda seminar qarışılıqlı müzakirələrlə başa çatdı.