Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumunda iştirak ediblər
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları f.ü.f.d, dosent İradə Zərqanayeva, f.ü.f.d, dosent Şəhla Musayeva, f.ü.f.d, dosent Mətanət Şəkixanova, elmi işçi Xanımağa İsmayılova 17-19 may 2022-ci il tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Türkiyə Cümhuriyyəti Amasiya Universiteti və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi “Şuşa İli”nə həsr edilən Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumunda iştirak etmişlər. Əməkdaşlarımızın aktual mövzulardakı məruzələri sertifikatlarla təltif edilmişdir.
Mayın 17-də Muğam mərkəzində açılış və bədii hissə ilə öz işinə başlayan simpozium mayın 18-də Quzanlı qəsəbəsi Heydər Əliyev Mərkəzində dörd bölmədə işini davam etdirmişdir. Simpoziumda Azərbaycan, Türkiyə, İtaliya, İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Şimali Makedoniya kimi ölkələrdən 200-dən çox alim və tədqiqatçının Həmzə Nigari, İsmayıl Şirvani, Nəqşibəndilik, Xəlvətilik, Sufizm, İslam, Türk dünyası, Qafqaz, Qarabağ, Şuşa şəhəri, Bərpa və konservasiya, Ədəbiyyat, Sənətşünaslıq araşdırmaları mövzularında məruzələri dinlənilmişdir.
Fəlsəfə və Sosiologiya İnstitutunun “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin elmi işçisi Xanımağa İsmayılova Simpoziumda “Soyqırım – Azərbaycan xalqına qarşı ermənilərin sistemli şəkildə məhvetmə üsulu kimi” adlı məqalə ilə çıxış etmişdir. Məqalədə iki əsrin qovşağında mənfur ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi 4 dövrü əhatə edən: 1905-1907-ci illərin kütləvi qırğınları, 1915-1920-ci illərdə əsasən Quba-Şamaxı bölgələri və ətraf rayonlarda törədilən soyqırımlar, 1948-1953-cü illərdə baş verən deportasiyalar, 1986-1988-ci illərdə yenə də Ermənistan adlanan Qərbi Azərbaycanda və müasir Azərbaycanın Qarabağ bölgəsindəki kütləvi zorakılıq, məhvetmə, genosidin həyata keçirilməsi və 1992-ci ildə törədilmiş əsrin ən faciəli Xocalı soyqırımından bəhs edilir.
Mayın 19-da Simpozium iştirakçıları işğaldan azad olunmuş Ağdam şəhəri və Ağdam rayonunun kəndlərində şəhid məzarlığını, Xaçın su anbarını,tarix-mədəniyyət abidələrini, o cümlədən Ağdam məscidini, İmarəti, Şahbulaq qalasını, Qarapirimli kəndindəki Qarapirimli xanəgahı və Nigar nənə türbəsini ziyarət etmiş, Həmzə Nigari nəslinin davamçıları ilə yaxından tanış olmuşlar.