25.05.2022, 15:29 - Baxış sayı: 524

Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib


Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilibBu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda 28 May Müstəqillik Gününə həsr olunmuş Fəlsəfə və Sosiologiya İnstitutunun xarici elmi mərkəzləri və Universitetləri ilə birgə çap olunan kitablarının təqdimatı keçirildi. Təqdimatda İnstitut əməkdaşları, yerli qonaqlarla yanaşı onlayn formatda tədbirə qatılan xarici qonaqlar və Azərbaycan Respublikasında fəaliyyət göstərən bir neçə xarici ölkə səfirliyinin nümayəndələri də iştirak edirdi.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə tədbir iştirakçılarına xoş gəldin deyib onları salamladı. Fəlsəfə və Sosiologiya İnstitutunun elmi nailiyyətlərindən, xarici elm və təhsil müəssisələri ilə birgə fəaliyyətlərindən, müştərək nəşr olunan elmi kitab və monoqrafiyalar barədə ətraflı məlumat verdi və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün bir sıra layihələr həyata keçriməyi və islahatların aparılmasının nəzərdə tutuluduğunu bildirib.
Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib“Müasir Azərbaycan fəlsəfəsinin əsas inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış edən professor İlham Məmmədzadə müasir fəlsəfədə üstünlük təşkil edən yeganə bir cərəyan, məktəbin olmadığını, istiqamət və məsləklərin plüralizmi hökm sürdüyünü, lakin bir sıra filosofların çıxış edərək fəlsəfənin spesifik xüsusiyyətini adekvat surətdə etikada, əxlaq və mədəniyyətdə, mənəvi və vətəndaşlıq tərbiyəsi sahələrinin tədqiqində ifadə olunduğunu deyib.
Fəlsəfənin əsas prioritetləri məsələsinə toxunan professor bunları deyib: “Bizim filosofları zəmanəmizin ən parlaq zəkaları ilə birləşdirən məhz bu məsələlər yaxın gələcəkdə fəlsəfənin əsas prioritetlərini əsaslandırmağa imkan verir:
Birincisi, rasional və irrasional idrakın, tolerantlıq və dözümsüzlüyün hüdudları haqqında düşünərək fəlsəfi, metafizik alim və din xadimlərini dialoqa cəlb etməyə, onların səylərini müsbət birgə fəaliyyətə yönəltməyə qadirdir. İkincisi, güman edirik ki, fəlsəfədə realizm və idealizm, metod və həqiqət xüsusunda diskussiyaların aktuallaşması nəinki davam edəcək, hətta elmə daha çox təsir göstərəcək. Üçüncüsü, milli fəlsəfə və universallığın qarşılıqlı nisbəti. Dördüncüsü, koqnitiv elmlər, şüur fəlsəfəsi və etikanın qarşılıqlı əlaqələri. Və nəhayət, fəlsəfə və ideologiya, siyasət və əxlaq arasında qarşılıqlı münasibətlər, geofəlsəfənin mahiyyəti.
Bu qeyd və ideyalar bizə müasir fəlsəfəmizin əsas prioritetlərini, bunların onun gələcəyinin yalnız bəzi konturları olduğunu dərk edərək, ifadə etməyə imkan verir. Fikrimizcə, fəlsəfədə çoxfənli tədqiqatların, məntiqin inkişaf etdirilməsi kursunu davam etdirmək lazımdır, onlar yalnız fəlsəfəyə deyil, həm də ümumilikdə ictimai elmlərə inandırıcılıq əlavə edəcək. Onlar nəinki fəlsəfədə müəyyən dərəcədə sübutlu, əsaslandırılmış olan daha dəqiq nəticələrə yaxınlaşmağa imkan verəcək, həm də digər elmlərdə fəlsəfəyə daha çox maraq göstərilməsini təmin edəcək. Bu cür fəlsəfənin fərdi şüurla əlaqələrinin dərk olunmasına, fəlsəfə və psixologiyanın qovuşuğunda tədqiqatların aparılmasının inkişaf etdirilməsinə diqqət yetirmək vacibdir”.
Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilibAMEA-nın vitse-prezidenti akademik Gövhər Baxşəliyeva çıxış edərək Müstəqillik Günü münasinəti ilə iştirakçıları təbrik edərək, bu günün tarixi və fəlsəfi mahiyyəti barədə geniş çıxış etdi. Həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunun xarici elm və təhsil müəssisələri ilə əlaqələrindən danışıb, birgə əməkdaşlıq sayəsində görülən işləri təqdir etdi. Belə əməkdaşlıqların daha da genişlənməsi istiqamətində fikirlərini bölüşən akademik qeyd edib ki, bütün görülən işlərin sayəsində ortaya maraqlı və dəyərli əsərlər çıxır.
Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Egidijus Navikas, Çin Xalq Respublikasının Azərbaycandakı səfiri vəzifəsini icra edən Ding Tao, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq müşaviri və Azərbaycanda Fransız İnstitutunun direktoru Jerom Kel, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Siyasi, İqtisadi, Mətbuat və İnformasiya müşaviri Crtomir Peter Fisinger tədbirə dəvət üçün məmnunluqlarını dilə gətirən qonaqlar, qonaqpərvərliyə görə institut rəhbərliyinə minnətdarlıqlarını bildirib və Müstəqillik Günü münasibəti ilə tədbir iştirakçılarına təbriklərini çatdırıblar.
Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilibSonra AMEA Mərkəzi Elmi Kitabxananın baş direktoru, f.e.d., professor Məmməd Əliyev “AMEA-nın Mərkəzi Elmi Kitabxanasının beynəlxalq əlaqələri və müasir fəlsəfə”, Lion Universitetindən Benoit Filou (Fransa) “Respublika gününün siyasi-tarixi konteksti”, t.e.d., Eynulla Mədətli “Fəlsəfi tədqiqatların tarixi konteksi” f.e.d. Füzuli Qurbanov “Fəlsəfədə metodologiya və epistemologiya problemləri”, f.e.d., professor Rəna Mirzəzadə “AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun bəzi nəşrləri haqqında”, Atatürk Universitetinin professoru Kərəm Karabulut “Müstəqillik günü və Azərbaycan-Türkiyə elmi əlaqələri”, Bolqarıstan Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı professor Boqdana Todorova “Bolqarıstan Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu ilə elmi əlaqələr, müştərək layihələr və inkişaf perspektibləri haqqında”, Albena Nakova və dosent Zöhrə Əliyeva “AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun beynəlxalq əlaqələrinin fəlsəfi mahiyyəti”, Əlcazairdən professor Zaim Xınçləvi “AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu və Əlcəzair Milli Araşdırmalar Mərkəzi arasında fəlsəfi əlaqələr”, Siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov “AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun fəlsəfi və sosioloji tədqiqatları” və elmi işçi Samirə Dadaşova "Fəlsəfi biliyin inkişafında beynəlxalq əlaqələrin rolu” mövzusunda məruzə ilə çıxış etdilər.
Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib