01.06.2022, 11:47 - Baxış sayı: 343

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları "İdeya gecəsi" adlı tədbirdə iştirak ediblər


Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları "İdeya gecəsi" adlı tədbirdə iştirak ediblərMayın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Fransa Səfirliyi, Azərbaycan Fransız İnstitutu, AAAF (Azərbaycan Fransa Məzunları Assosiasiyası) və UFAZ-ın təşkilatçılığı ilə təhsilini Fransada almış azərbaycanlı məzunların "İdeya gecəsi" adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Fransa Məzunları Assosiasiyasının prezidenti, UFAZ-ın direktoru Vazeh Əskərov məzunları salamlayaraq hazırda 600 nəfərə yaxın gəncin Fransa məzunu olduğunu bildirib. Fransanın ölkəmizdəki səfiri Zakari Qross məzunları Qafqazın yenidən qurlumasında və dirçəlməsində fəal olmağa səsləyib.
Sonra Fransada təhsil almış 7 peşəkar qlobal istiləşmə və onun planetə, eləcə də Azərbaycana təsiri; işlənmiş məhsulların təkrar emalı və təkrar emal prinsipinə əsaslanan dairəvi iqtisadiyyat; təmiz və bir-biri ilə əlaqəli şəhər nəqliyyat şəbəkələrinin inkişafı; ətraf mühitin qorunmasına riayət edən sadə istehsal və istehlak üsulları ölkələrin inkişafı və modernləşməsində vətəndaş cəmiyyətinin və beynəlxalq əlaqələrin rolu mövzuları üzrə öz təcrübələrini və düşüncələrini bölüşüb, müzakirələr aparıblar.
Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları f.ü.f.d. Zöhrə Əliyeva, Samirə Dadaşova, Hafizə İmanova, Aynurə Sadıqova, f.ü.f.d. Gündüz Süleymanov iştirak ediblər.
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları "İdeya gecəsi" adlı tədbirdə iştirak ediblər