“Pakistan: qısa tarixi-siyasi oçerklər” kitabının təqdimatı keçirildi
3 iyun 2022-ci ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətlinin “Pakistan: qısa tarixi-siyasi oçerklər” kitabının təqdimatı keçirildi.
Tədbiri Eynulla Mədətli giriş sözü ilə açaraq qonaqları salamlayıb, xoşgəldin etdi. O, öz çıxışında Azərbaycan-Pakistan əlaqələrinin qurulmasından, iki qardaş ölkə arasında olan dərin dostluq bağlarından söz açdı. Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfir kimi səkkiz illik fəaliyyət və iki ölkə arasında qurulan əlaqələr haqqında ərtaflı məlumat verdi.
Kitab haqqında məlumat verən E.Mədətli qardaş Pakistan xalqının və onun dövlətçilik tarixinin ən ümdə məsələlərinin qələmə alındığını qeyd edərək bildirib ki, 2002-2010-cu illərdə Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışdığı zaman yazdığı gündəliklərdən, şəxsi müşahidələrindən, keçirdiyi görüşlərdən, eləcə də müxtəlif tarixi mənbələrdən və ədəbiyyatlardan faydalanmaqla qardaş ölkənin qısa tarixi-siyasi mənzərəsini yaratmağa çalışmışdır..
Pakistan İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Bilal Hayi çıxış edərək tədbirə dəvət etdiyi üçün Eynulla Mədətliyə təşəkkürünü bildirərək qeyd edib ki, kitabda Paksitanın qədim və müasir tarixinə dair ərtaflı məlumatlar vardır. Pakistanla Azərbaycan arasındakı qardaşlıq münasibətlərindən danışan səfir iki ölkənin qarşılıqlı əlaqələrinə toxunub və bu əlaqlərin gündən-günə daha da möhkəmləndiyini bildirib. E Mədətlinin təqdim olunan kitabının ölkələrimizin diplomatik əlaqələrinin qarşıdakı 30 illiyinə ən yaxşı hədiyyə olduğunu vurğulayıb.
Sonra BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri f.e.d., professor Rəbiyyət Aslanova, f.e.d., professor Rəna Mirzəzadə, f.e.d., professor Adil Əsədov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq əlaqələr və xarici siyasət kafedrasının rəhbəri, hüququ elmləri doktoru, professor, Fövəqladə və səlahiyyətli səfir Namiq Əliyev, Tarix İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Mübariz Ağalarlı, f.e.d. Füzuli Qurbanov, Fövqəladə və səlahiyyətli səfir, tarix üzrə fəlsəfə doktoru, Cavanşir Axundov, tarix elmləri doktoru, professor Şahin Fazil, tədqiqatçı İradə Qədirova və digər qonaqlar çıxış edərək müəllifi təbrik etdərək kitab haqqında öz fikir və mülahizələrini bildiriblər. Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr edilmiş bu kitabın elmi redaktoru Milli Məclisin deputatı, AMEA -nın müxbir üzvü Musa Qasımlıdır. Kitaba Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının rəhbəri hüquq elmləri doktoru, professor, fövqəladə ve səlahiyyətli səfir Namiq Əliyev rəy vermişdir.