16.06.2022, 11:34 - Baxış sayı: 311

Fəlsəfə və Sosiologiya İnistutunun alimləri Şabran şəhərində keçirilən “Qurtuluşdan Zəfərə-Müdrik siyasətin uğurlu nəticələri” adlı tədbirdə iştirak etmişlər


Fəlsəfə və Sosiologiya İnistutunun alimləri Şabran şəhərində keçirilən “Qurtuluşdan Zəfərə-Müdrik siyasətin uğurlu nəticələri” adlı tədbirdə iştirak etmişlər13 İyun 2022-ci ildə Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatı, Şabran rayon Heydər Əliyev Mərkəzi və Şabran rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə-Müdrik siyasətin uğurlu nəticələri” mövzusunda ümumrespublika tədbiri keçirilmişdir.
Tədbirdə Şabran rayon İcra Hakimiyyəti başçısı Asif Hüseynov, 54 saylı Şabran-Siyəzən seçki dairəsinin deputatı Sadiq Qurbanov,Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnistutunun icrasçı direktoru, tarix elmləri doktoru, Fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli, YAP Fəlsəfə və Sosiologiya İnistutunun təşkilat sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işci Sənan Həsənov, Şəhid ailələri, Qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbir çərçivəsində ilk öncə Şabran rayon Heydər Əliyev parkının ərazisində təşkil olunmuş məktəblilərin hazırladığı əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş və daha sonra tədbirin rəsmi-bədii hissəsinə start verilmişdir.
Tədbirdə ilk öncə Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev çıxış etmiş,gələn qonaqları salamlamış tədbirdə iştirak etdikləri üçün minnətdarlıqını bildirmişdir.
Fəlsəfə və Sosiologiya İnistutunun alimləri Şabran şəhərində keçirilən “Qurtuluşdan Zəfərə-Müdrik siyasətin uğurlu nəticələri” adlı tədbirdə iştirak etmişlərÇıxış edən Millət Vəkili Sadiq Qurbanov bildirmişdir ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.
Daha sonra ŞabranUşaq Musiqi Məktəbinin xanəndəlik sinfinin müəllimi Eldar Mustafayevin ifasında Şabranım müsiqisi səsləndirildi.
Tədbirdə geniş məruzə ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnistutunun icraçı direktoru, tarix elmləri doktoru, Fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli bildirdi ki, Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu günkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. Daha sonra musiqiçi Rüfət Əskərovun ifasında Xudayar təsnifi dinlənildi.
Fəlsəfə və Sosiologiya İnistutunun alimləri Şabran şəhərində keçirilən “Qurtuluşdan Zəfərə-Müdrik siyasətin uğurlu nəticələri” adlı tədbirdə iştirak etmişlərÇıxış edən Azərbaycan Milli Elmlər Akademiyası YAP Fəlsəfə və Sosiologiya İnistutunun təşkilat sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işci Sənan Həsənov bildirdi ki, Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.Fəlsəfə və Sosiologiya İnistutunun alimləri Şabran şəhərində keçirilən “Qurtuluşdan Zəfərə-Müdrik siyasətin uğurlu nəticələri” adlı tədbirdə iştirak etmişlər Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
Sonra Şabran şəhər Samir Zülfüqarov adına 3 saylı tam orta məktəbin şagirdləri tərəfindən Turacı rəqsi və “Zəfər günü” şeiri ifa olundu.
Sonda Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatı sədri Mehdi Balabəyov çıxış edərək bildirdi ki, iyunun 15-i xalqımız üçün əsl Qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir.
Sonda Ulu öndər Heydər Əliyevin Azərbaycan haqqında səsləndirdiyi şeri videoçarx formatında nümayiş olundu. İştirakcılar “15 iyun Milli Qurtuluş Günümüz mübarək”, “Qarabağ Azərbaycandır” fləşmob şuarları ilə tədbirə yekun vurdular.