16.06.2022, 12:39 - Baxış sayı: 350

Fəlsəfə və Sosiologiya İnstitutu Milli Qurtuluş Gününə həsr edilmiş tədbirə qatılıb


Fəlsəfə və Sosiologiya İnstitutu Milli  Qurtuluş Gününə həsr edilmiş tədbirə qatılıbFəlsəfə və Sosiologiya İnstitutu Yasamal rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Yasamal rayon Təşkilatının birgə təşkil etdikləri Milli Qurtuluş Gününə həsr edilmiş tədbirə qatılıb.
Tədbirdə AMEA prezidentinin vəzifəsini icra edən akademik Arif Həşimov da iştirak etmişdir. İnstitutun baş direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, YAP İnstitut üzrə ərazi partiya təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, sədr müavini fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rəşad Əsgərov, institutun elmi işcisi Xanımağa İsmayılova və institutun əməkdaşı Leyla Həmidova iştirak etmişlər.
İlk öncə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarı və Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb. Sonra tədbir Yeni Azərbaycan Partiyasının Yasamal rayon Təşkilatında öz işinə başlamışdır.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Yasamal rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkili, Azərbaycan Resublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü Sadiq Qurbanov, millət vəkili Elnur Allahverdiyev cıxış etmişlər.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Xanımağa İsmayılova ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində ölkəmizdə mövcud olan gərgin ictimai-siyasi böhranın aradan qaldırılmasına, böyük dövlət xadiminin ictimai, siyasi və mədəni həyatımızla bağlı ideyalarında Azərbaycan qadınına göstərdiyi yüksək etimad və onun mütərəqqi nəticələrinə dair geniş məruzə ilə çıxış etmişdir.
YAP İnstitut üzrə ərazi partiya təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov “Milli Qurtuluş günü və partiyada səmərəli ictimai-siyasi fəaliyyətinə görə “Fəxri Fərmanla” təltif olunmuşdur.
Fəlsəfə və Sosiologiya İnstitutu Milli  Qurtuluş Gününə həsr edilmiş tədbirə qatılıb
Fəlsəfə və Sosiologiya İnstitutu Milli  Qurtuluş Gününə həsr edilmiş tədbirə qatılıb
Fəlsəfə və Sosiologiya İnstitutu Milli  Qurtuluş Gününə həsr edilmiş tədbirə qatılıb
Fəlsəfə və Sosiologiya İnstitutu Milli  Qurtuluş Gününə həsr edilmiş tədbirə qatılıb