24.06.2022, 14:54 - Baxış sayı: 360

“İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri” şöbəsində seminar keçirilmişdir


“İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri” şöbəsində seminar keçirilmişdirAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosioloji problemləri” şöbəsində 22 iyun 2022-ci il tarixində f.ü.f.d. Səbirə İskəndərovanın “Azərbaycan Respublikasında KİV-nin fəaliyyətinin təşkili xüsusiyyətləri” mövzusunda seminarı keçirilmişdir. Seminarı Kamran Məmmədov açaraq sözü məruzəçi Səbirə İskəndərovaya vermişdir. Alim çıxış edərək bildirmişdir ki, XX əsrin sonu-XXI əsrin əvvələrində informasiya axınlarının qloballaşması prosesində böyük sıçrayış baş vermişdir. İctimai şüurda dünyanın ümumi mənzərəsini yaradan kütləvi informasiya və kommunikasiya texnologiyaları sosial inkişafın əsas prioritetinə çevrilmişdir. Qeyd etmişdir ki, KİV-in ictimai rəyə və sosial sistemə təsiri mediada ideoloji, mədəni və sosial funksiyaların cəmlənməsi ilə ölçülür. Media təkcə reallığa sosial qiymət verən balanslaşdırılmış sistem kimi deyil, həm də konkret məqsədlərə çatmaq üçün nəzarətetmə orqan kimi nəzərdən keçirildiyini bildirmişdir.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən müharibədə Azərbaycan xalqının birləşməsində məhz KİV vacib rol oynamışdır. 44 günlük Vətən müharibəsinin təcrübəsi onu da göstərdi ki, KİV milli maraqların qorunmasında, torpaqlarımızın işğaldan azad olunmasında olduqca vacib rol oynayan faktor olmuşdur.
Sonda fəl.ü.f.d. Məhəmməd Cəbrayılov xüsusi olaraq vurğulamışdır ki, müharibə zamanı informasiya mühiti çoxölçülü qorunmanın bir hissəsi kimi qiymətləndirilir. 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan mediasının işıqlandırma obyekti cəbhədəki vəziyyət, dünya ictimaiyyətinin baş verənlərə reaksiyası və geosiyasi dəyişikliklər olmuşdur. Müharibə dövründə KİV-lə cəmiyyətin qarşılıqlı fəaliyyəti fəlsəfə və sosiologiya mövzusu kimi regional və qlobal çağırışlar işığında kifayət qədər aktual görünür. Seminarda f.ü.f.d., Xanım Mustafayeva, aparıcı elmi işçi f.ü.f.d., Firuzə Əliyeva, böyük elmi işçi, f.ü.f.d., Səbirə İskəndərova , elmi işçilər Humay Eminova, İlhamə Hüseynova, kiçik elmi işçilər Kamran Məmmədov, Elxan Quliyev, Zümrüd Hüseynova, böyük laborant Şəms Qasımova mövzu ilə bağlı məruzəçiyə suallar vermiş, çıxışlar ətrafında müzakirələr aparılmışdır. Yekunda seminar iştirakçıları tərəfindən məruzəçinin çıxışı yüksək qiymətləndirilmişdir.
“İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri” şöbəsində seminar keçirilmişdir