“Metafizika” jurnalının növbəti sayı işıq üzü görüb
“Metafizika” (ISSN 2616-6879) beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının yeni sayı (2022, Cild 5, Say 3, Sıra 19) nəşr edilib. Jurnalın bu sayında yerli məqalələr ilə bərabər ölkəxaricində yaşayan tədqiqatçılarının da elmi məqalələri çap edilib. “Metafizika” jurnalının bu sayında on məqalə və üç resenziya yer alıb.
Dosent Ələddin Məlikovun baş redaktorluğu ilə nəşr olunan “Metafizika” jurnalının yeni sayında oxucular humanitar və sosial elmlər sahəsinə aid elmi məqalələrlə tanış ola bilərlər. Jurnalın bu sayında ilk dəfə olaraq təqdim edilən "Resensiyalar" bölməsində təqdimat və tənqid xarakterli rəylər əksini tapıb.
Jurnalda Adil Əsədovun “Qədim yunan fəlsəfəsinin deterministik istiqaməti” (Azərb. dilində), Kamina Məmmədova və Sevda Yusifovanın “XX əsrin əvvəllərində erməni vandalizmi” (Azərb. dilində), Turanə Əlibəyova və Füzuli Qurbanovun “Qnoseologiya və epistemologiya: müqayisəli fəlsəfi təhlil” (Azərb. dilində), Nailə Əsədovanın “Aristofanın komediyalarında ümumiləşdirilmiş obrazlar” (Azərb. dilində), Fərəh Sadıqovanın “Qərb fəlsəfə tarixində ölüm problem” (Azərb. dilində), Türkan Məmmədovanın “Azərbaycan xalqının milli özünüdərk prosesində Əli bəy Hüseynzadənin müasirləşmə yolu” (Azərb. dilində), Aitmamat Kariyevin “Qırğızların çoxevlilik (və yaş fərqi) adətinin İslam hüququ mövqeyindən tədqiqi” (türk dilində), Tofiq Əsədovun “Allahın “Rəhman” sifətinin ilahi əzab ilə qarşılıqlı münasibəti” (fars dilində), Kamil Səlimov, Kamran Səlimov və Firudin Mövsümovun “Cinsi zorakılığın kriminoloji xüsusiyyəti (xarici ölkələrin məhkəmə-istintaq təcrübəsinin materialları əsasında)” (rus dilində), Ləman Qarayevanın “Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsində diasporun rolu” (ingilis dilində) adlı məqalələri, Namiq Əliyevin “Topların gurultusu altında diplomatiya...” adlı kitaba dair” (Azərb. dilində), İbrahim Bağırovun «“İrfan və fəlsəfə perspektivindən kamil insan nəzəriyyəsi” kitabı haqqında» (Azərb. dilində) və Əlizadə Əsgərlinin «“Həzrət Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd (s.a.s.)” kitabına konseptual yanaşma və qiymətləndirmə» (Azərb. dilində) mövzusunda resenziyaları nəşr edilib.
Bir sıra nüfuzlu elmi bazalara, o cümlədən Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının təsdiq etdiyi nəşrlərə daxil edilmiş "Metafizika" jurnalında ənənələrə əsaslanaraq müasirliyə köklənən humanitar və sosioloji sahələrə aid elmi, nəzəri, tənqidi məqalələr dərc edilir.
Dünya və xüsusən respublikamızın elmi və təhsil ictimaiyyətini "Metafizika" jurnalı ilə əməkdaşlıq edərək tədqiqat xarakterli elmi araşdırmaları nəşr etməyə dəvət edirik.
Məqalə və resenziyaları bu linkdən oxuya və yükləyə bilərsiniz:
"Metafizikajurnali.az"