13.10.2022, 07:50 - Baxış sayı: 461

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfrasda iştirak ediblər


Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfrasda iştirak ediblərAzərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Sosial-iqtisadi və tarixi-mədəni əlaqələrin strateji prioritetləri” mövzusunda I Beynəlxalq Sosial Elmlər Konfransı keçirilib. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Türkiyənin Manisa Celal Bayar Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə AƏSMA-nın rektoru, Manisa Celal Bayar Universitetinin rektoru, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, Akademiyanın kollektivi, 16 ali təhsil müəssisəsindən olan məruzəcilər, KİV nümayəndələri iştirak ediblər. Həmçinin konfransa onlayn formatda Qazaxıstan, İran və Kanadanın tanınmış universitetlərindən nümayəndələr qoşulublar. Tədbirin məqsədi dünyanın nüfuzlu universitetlərinin, akademiyalarının, elmi-tədqiqat institutlarının tədqiqatçılarını bir araya gətirmək, onların əldə etdiyi naliyyətləri elm adamları ilə bölüşmək, sosial elmlər sahəsində əldə etdikləri bilikləri paylaşmaq, geniş fikir mübadiləsi etmək, mövcud ortaq problemləri müzakirə etmək, həll variantları üzərində işləmək, humanist məqsədləri rəhbər tutaraq milli maraq və mənafeyə üstünlük vermək, cəmiyyətin inkişaf sektoruna uyğun gələn yeni ideyaları qarşılıqlı dialoqa əsaslanmaqla dəstəkləmək və təbliğ etmək, gənclərin elmə olan marağını artırmaqdan ibarətdir. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları f.f.d.,dos. Faiq Ələkbərli beynəlxalq konfrasda "XIX əsrdə Şərq-İslam-Türk fəlsəfəsi və Qərb-Avropa fəlsəfəsinin sintezi problemi", f.f.d. Mahrux Abbas “Aristotel Haydegger oxunuşunda”, f.f.d., dos. Zeynəddin Şabanov “Fəlsəfənin tədrisi və yeni standartlar” mövzusunda maraqlı məruzələr etmişlər. Konfransın sonunda iştirakçılara sertifikatlar verilmişdir.
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfrasda iştirak ediblər