13.10.2022, 11:44 - Baxış sayı: 280

Lənkəranda “Vahid xalq, güclü dövlət və qalibiyyətli ordu” mövzusunda keçirilmişdir konfrans


Lənkəranda “Vahid xalq, güclü dövlət və qalibiyyətli ordu”  mövzusunda keçirilmişdir konfrans13 oktyabr 2022-ci il tarixində Lənkəran şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının bir qrup əməkdaşı Heydər Əliyev Mərkəzində olmuşlar. Konfransda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun , Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vahid xalq, güclü dövlət və qalibiyyətli ordu” mövzusunda konfrans keçirilmişdir. Konfransda məqsəd xalqımızın və ordumuzun 44 günlük Vətən müharibəsindəki tarixi zəfərinindən sonra Ermənistanın, dünya erməniliyinin, onların havadarlarının, eləcə də, “erməni kartından” istifadə edən maraqlı böyük güclərin və bir sıra ölkələrdə onlara xidmət edən təxribatçı şəxslərin və qurumların ölkəmizə qarşı fəaliyyətini, xalqımızın monolitliyini, xalq-dövlət birliyini pozmaq cəhdlərini ifşa etməkdən ibarət idi. Eyni zamanda dünyada və bölgəmizdə yaranmış indiki mürəkkəb beynəlxalq geosiyasi vəziyyətdə təxribatçı xarici təsirlərə qarşı mübariz mövqe nümayiş etdirmək, ölkəmizin Prezidenti möhtərəm cənab İlham Əliyevin həm dünya miqyasında, həm də regionumuzda məqsədyönlü şəkildə apardığı sülh və əməkdaşlıq diplomatiyasına, işğaldan azad edilmiş bölgələrimizdə həyata keçirdiyi nəhəng dirçəliş və quruculuq işlərinə bütün xalqımızın, o cümlədən Vətən müharibəsində ölkəmizin yüksək vətənpərvərlik və şücaət göstərən cənub bölgəsinin əhalisinin dəstəyinin bundan sonra da əzmlə davam etdirilməsinin zəruriliyini vurğulamaqdı.
Lənkəran Şəhərinin İcra başçısı Taleh Qaraşov və Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri ulu öndər Heydər Əliyevin əzəmətli heykəli önünə gül dəstələri qoydular. Sonra şəhər ictimaiyyətin nümayəndələrinin iştirakı ilə konfrans öz işinə başladı. Giriş sözü ilə konfransı açan İcra hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə Lənkəranda cənab Prezident İlham Əliyevin qayğısı ilə həyata keçirilən geniş quruculuq işləri, elm, təhsil, mədəniyyət, hərbi-vətənpərvərlik tərbiyəsi və digər məsələlər barəsində geniş məlumat verərək konfransın məruzəçilərini təqdim etdi.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru , tarix elmləri doktoru, Fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətlinin “Dünya erməniliyinin Azərbaycan Respublikasına qarşı təxribatları və böyük güclərin erməni kartından istifadə etməsi”, həmin institutun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, Vətən Müharibəsi iştirakçısı Radif Mustafayevin “Azərbaycan xalqının birliyi Vətən müharibəsində qələbəmizin əsas amilidir”, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent- Güntəkin Nəcəflinin “Lənkəran qəzasında azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırım haqqında (1918-1920), həmin instiyutun şöbə müdiri, tarix elmləri doktoru Tofiq Nəcəflinin “Azərbaycançılıq məfkurəsində ölkəmizin cənub bölgəsinin yeri”, Lənkəran Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Emin Məlikovun “Ulu öndər Heydər Əliyevin dövründə ölkəmizin cənub bölgəsinin sosial-iqtisadi-mədəni inkisafına dair” mövzularında məruzələri dinlənildi və dinləyicilər arasında maraq doğurdu. Ölkəmizin elmi ictimaiyyətinin nümayəndələri ilə belə görüşlərin əhəmiyyəti vurğulandı.
Heydər Əliyev Mərkəzinə və Lənkəran Dövlət Universitetinin kitabxanasına AMEA Fəlsəfə - Sosiologiya və Tarix İnstitutlarının nəşr etdirdiyi kitablar və jurnallar təqdim edildi
Lənkəranda “Vahid xalq, güclü dövlət və qalibiyyətli ordu”  mövzusunda keçirilmişdir konfrans