18.10.2022, 10:58 - Baxış sayı: 268

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda iştirak edib


Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda iştirak edibAnkara Hacı Bayram Vəli Universitetində Dövlətlərarası “Keçmişdən Gələcəyə İpək Yolu” Simpoziumu keçirilib. 18 ölkədən nümayəndələrin qatıldığı tədbir İpək Yolu və bu coğrafiyada yerləşən dövlətlərdən olan alimlərin fənlərarası yanaşmalarını təqdim edib. Simpoziumun açılış tədbirində Azərbaycan, Macarıstan, Qırğızıstan səfirləri, Qazaxıstan, Özbəkistan səfirlərinin müavinləri, universitetin rektoru, Türk Tarix Qurumu Elm Şurası nümayəndəsi, Türk dünyası Bələdiyyələr Birliyi nümayəndəsi çıxış ediblər. Simpozium daha sonra işini seksiyalarda davam etdirib. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Müasir fəlsəfə problemləri” şöbəsinin böyük elmi işçisi, f.ü.f.d. Mahrux Nəcəfli simpoziumda “Türk miflərində gözəllik anlayışı” mövzusunda təqdimatla çıxış edib.