Fəlsəfə və Sosialogiya İnstitunun elmi işçisi Yasəmən Qaraqoyunlu simpoziumda iştirak etmişdir
9-12 oktyabr 2022-ci ildə AMEA Fəlsəfə və Sosialogiya İnstitunun elmi işçisi Yasəmən Qaraqoyunlu Türk Dövlətlər Təşkilatı Ağsaqqallar Şurasının başkanı Binəli Yıldırımın dəvəti ilə Ərzincanda keçirilən Türk Dünyası Simpoziumuna qatılmışdır. Yasəmən Qaraqoyunlu simpoziumda “Sivilizasiyaların Kəsişməsində Türk. XXI yüzildə Türk Stratejisi” mövzusunda çıxış etmişdir.
Mövzu barədə qısa tezislər:
Sivilizasiya - Məkan-mədəniyyət əlaqələri və bağları, təfəkkür və düşüncı hinterlandı, iqlim-topoqrafiya-coğrafiya-insan əlaqələri, istehsal-istehlak münasibətləri, sosial psixologiya, inanc, kosmologiya, davranış ənənələri, Kainat-təbiət və əşyanı qavrama biçimlərinin bütününü ifadə edən sosio-mədəni super sistemdir. İdentikliyin ən ali səviyyəsidir.
- Azərbaycan Türk-İslam siviluzasiyasının bir parçası kimi, TDT-nı quran Türk dövləti kimi XXI əsrdə Türk sivilizasiyasının bərpa edilməsində və qurulmasında fəal iştirak edir.
- Türk sivilizasiyası Çindən - Adriatikə qədərki 10 milyon kv.km ərazidə 350 milyon türkün yaşadığı coğrafiyada qurulmuş Turan mədəniyyətini təmsil edir. Türk sivilizasiyası 16 imperatorluq, 38 dövlət, 37 xaqanlıq, 33 bəylik, 10 cümhuriyyət, 4 Atabəylik dövlət qurumıarı ilə təmsil olunaraq orta çağlarda kürəsəl super sistem olaraq islam sivilizasiyasının yüksəlişində və dünya mədəniyyətinin inkişafında böyük rol oynamışdır.
- XXI əsr Kürəsəl Güc olan Qərbi Avropa sivilizasiyasının Qərb sərhədlərinə çəkilməsi, lokalizə edilməsi çağıdır. Qərb sivilizasiyası universal deyil, unikal sivilizasiyadır. Eyni zamanda müstəqil mədəni-tarixi tip, lokal sivilizasiya olan Türk-Turan sivilizasiyasının yenidən güclənərək sosio-mədəni super sistem kimi kürəsəl siyasətdə yenidən öz sözünü demək çağıdır.
- Məhz buna görə də Türk dövlətlərinin bütün ictimai-siyasi-mədəni sistemlərinin dərin transformasiyası - Siyasət, təhsil, mədəniyyət, iqtisadiyyat, təhlükəsizlik, hərbi quruculuq, ortaq gömrük, ortaq dil, ortaq əlifba, ortaq tarix hafizəsi sahələrində birlik yaratmaq, səfərbərlik etmək vacibdir.