Şəhid Həmidağa Hüseynzadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və YAP İnstitut üzrə Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə 18 Oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqilliyin tarixi fəlsəfəsi” mövzusunda iki günlük tədbir bu gün öz işini davam etdirib. Bu gün Vətən müharibəsi şəhidi “Xallı” ləqəblı kapitan Həmidağa Hüseynzadənin xatirəsinə həsr olunmuş tədbirdə əməkdar jurnalist Firuzə Nadirin şəhidə həsr etdiyi filmin və Nisə Rafiqqızının “Yol ver dağlar, yol ver gedim Kəlbəcərə tələsirəm” kitabının təqdimatları keçirildi.
Vətən Şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla andıqdan sonra tədbir dövlət himninin səsləndirlməsi ilə öz işinə başladı.
Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq iştirakçıları salamlayaraq, Vətən qəhrəmanları haqqında çıxış etdi. İlham Mənmmədzadə tədbiri aparmaq üçün sözü s.e.f.ü.d., dosent Sənan Həsənova verdi. S.Həsənov tədbirin mahiyyəti və təşkilatçılığı barədə məlumat verərək, qonaqları tədbir iştirakçılarına təqdim etdi. Sonra Firuzə Nadirin şəhidə həsr etdiyi “Bayraq oldum, enmədim” sənədli filmi nümayiş etdirildi.
Filmin nümayişindən sonra AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Abdulla Şaiq adına Bakı şəhəri 54 saylı məktəbin direktoru Sahibə Abbasova, sənədli filmin müəllifi, Əməkdar jurnalist Füruzə Nadir, Şəhidin bibisi Xuraman Hüseynova, Vətən müharibhəsi iştirakçısı, f.ü.f.d., dosent Radif Mustafayev, f.ü.f.d. Fikrət Nəbiyev, f.ü.f.d. Əli İbrahimov, İnstitutun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova, f.e.d. Rəfiqə Əzimova və digər iştirakçılar şəhid və şəhidlik məqamı haqqında çıxışlar etdilər, Şəhid Həmidağa Hüseynzadənin ömür yolundan, qəhrəmanlıqları barəsində nitq söylədilər.
Sonda Şəhidin Atası Bağı Hüseynov tədbiri təşkil etdiklərinə görə İnstitutun rəhbərliyinə və əməyi keçən hər kəsə təşəkkür və minnətdarlığını bildirdi.