21.10.2022, 10:15 - Baxış sayı: 264

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Beynəlxalq Forumda iştirak ediblər


Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Beynəlxalq Forumda iştirak ediblər19-20 oktyabr 2022-ci il tarixində AMEA Qafqazşünaslıq İnstitutu Qafqazşünasların III Beynəlxalq Forumunu keçirmişdir. Beynəlxalq forumda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları f.ü.f.d., dos. Qasımova Təzəgül və s.e.f.d., dos. Həşimov Davud müvafiq elmi auditoriyalar üzrə moderator olmuşlar. Bundan əlavə, f.ü.f.d., dos. Qasımova Təzəgül “İkinci Qarabağ müharibəsinin nəticələri və Qafqazda formalaşan yeni sağlam siyasi mühit”, s.e.f.d., dos. Həşimov Davud isə “Postmüharibə dövrü və Azərbaycanın hərbi təhlükəsizliyi:tarixi-siyasi baxış və müasirlik” mövzusunda geniş auditoriya qarşısında məruzələr etmişlər. Onların aktual və məzmunlu elmi məruzələri auditoriya tərəfindən maraqla dinlənilmiş, geniş elmi müzakirəyə səbəb olmuşdur və bölmələrdəki moderatorluq fəaliyyəti, eləcə də elmi məruzələri forumun Elmi Komitəsi tərəfindən yüksək qiymətləndirilərək sertifikatlarla təltif edilmişlər.
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Beynəlxalq Forumda iştirak ediblər