Azərbaycanın müstəqil siyasəti İranda niyə narahatlıq doğurur?
Tarixən, mədəni dəyərləri paylaşdığımız ortaq məkan, dil və din qardaşlarımızın yaşadığı ölkə, müstəqillik illərində isə boyaboy cənub qonşumuz olan İran İslam Respublikası Qarabağ zəfəri ilə ərazi bütövlüyünü və bu dövlətlə pozulmuş sərhədlərini bərpa etmiş Azərbaycana qarşı münasibətdə son vaxtlar ardıcıl olaraq narahatlıq keçirir, anlaşılmaz cəhdləri ilə sanki təcavüzkar Ermənistanın məğlubiyyəti ilə razılaşmaq istəmir. Şimal qonşusu olan Azərbaycandakı din qardaşlarının müstəqil dövlət qurması, düşmən qüvvələrlə 30 illik mübarizədə qazandığı qələbə ilə regiona yeni geosiyasi gerçəkliyi gətirməsi sözdə İslam həmrəyliyini bayrağa çevirmiş bir müsəlman dövlətini niyə bu qədər əndişələndirir? Müsahibimiz AMEA-nın Fəlsəfə və sosiologiya İnstitutunun icraçı direktoru, tanınmış iranşünas alim, tarix elmləri doktoru Eynulla Mədətli bu sualların cavabında bildirdi:
– Azərbaycanın 2020-ci il sentyabrın 27-də öz torpaqlarını Ermənistanın işğalından azad etmək üçün başladığı Vətən müharibəsi və 44 gün ərzində əldə etdiyi tarixi qələbənin buna sevinməli olan cənub qonşumuz, “müsəlman qardaşımız” olan İranı belə narahat etməsini anlamaq çətindir. Əksinə, sağlam məntiqə görə, Azərbaycanın qələbəsinə ən çox sevinən ölkələrdən biri məhz İran olmalı idi. Ən azı ona görə ki, yüzlərlə kilometr müştərək sərhədimiz var, bu xətt boyunca hər iki ölkənin əhalisi məhz azərbaycanlılardan ibarətdir. Bu əhalinin min illər boyu yaşadığı geniş bir coğrafiya isə tarixən Azərbaycan adlanmış, hər iki tərəf indi də Azərbaycan adlanır.
İranın, demək olar ki, bütün digər əyalətlərində də milyonlarla Azərbaycan türkü yaşayır. Ölkə rəsmilərinin də etiraf etdikləri kimi, onlar bu ölkə əhalisinin 43 faizini təşkil edirlər. Bu, Azərbaycan Respublikasının əhalisindən təqribən 3,5 ya 4 dəfə çox deməkdir. Tarixi hadisələrin gedişində, Rusiya – İran müharibələrinin nəticəsində XIX əsrin ilk rübündə bölünüb bir-birindən ayrılsa da, bu xalq ortaq dəyərlərini itirməyib. Azərbaycanlılar dili, mənəviyyatı, mədəniyyəti, adət-ənənələri, dini inancı, tarixən formalaşmış coğrafiyası ilə bütöv bir xalqdır. Belə bir güclü amili İran hakimiyyəti əsla nəzərə almırsa, deməli, oradakı rəsmi dairələrdə sağlam məntiqlə düşünmürlər.
Belə bir şəraitdə sizin suallarınız haqlı səslənir. Sual başqa bir sual da doğurur: məgər Azərbaycanın təcavüzkar erməni ordusunu öz ərazilərindən, o cümlədən, 30 il işğalda tutulan Azərbaycan – İran sərhədindən qovaraq çıxardığına bizlər qədər sevinən İran azərbaycanlılarının sevinc və coşqusunu, Arazın bu tayındakı soydaşlarına hüsn-rəğbət və mənəvi dəstək göstərdiklərini İran rəsmiləri görmədilərmi? Yaxud təcavüzkar dövlətə yanacaq, silah-sursat və başqa yardımlar verərkən sərhəd boyu məntəqələrində sakin olan azərbaycanlıların necə kəskin etiraz hərəkətlərinə əl atdığını İran rəsmiləri görmədilərmi, yaxud görüb də unutdularmı?
– İranın rəhbərliyinin Zəngəzur dəhlizinin açılmasına çox kəskin reaksiya verməsi də anlaşılan deyil. Axı bu dəhlizin açılması İran – Ermənistan sərhədini necə poza bilər, mövcud İran – Ermənistan əlaqələrinə necə mane ola bilər? Necə olur ki, açılması dünyada böyük ümidlə gözlənilən, hamıya faydalı görünən bu dəhliz İran üçün “qırmızı xətt”ə çevrilir?
– Yaxın tarixə nəzər salsaq, ötən əsrin 40-cı illərindən üzü bəri Bakıdan, Rusiyadan İrəvana, elə İranın özünə qatarlar məhz həmin marşrutla, indi deyildiyi kimi, Zəngəzur dəhlizindən keçirdi. Moskvadan Tehrana gedən qatarlar məhz bu yolla Culfaya gəlir və İran ərazisinə keçirdi. Bu xətt yalnız 1992-ci ildə, Ermənistanın işğalı nəticəsində bağlanmış və Naxçıvan MR bütün bu illər ərzində blokadada qalmışdı.
1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının rəhbərliyinə gələndən ömrünün sonunadək İranla bütün vasitələrlə mehriban qonşuluq və dostluq münasibətlərinin bərqərar olmasına çalışmışdı. Həmin siyasəti, daha da əhatəli olmaqla,
Prezident İlham Əliyev də ardıcıl şəkildə davam etdirməkdədir. Mehriban qonşuluq naminə bir sıra hallarda bu qonşu ölkənin şıltaq, düşmən dəyirmanına su axıdan hərəkətləri üçün güzəştlərə də gedilmişdir.
Azərbaycan dövləti heç bir zaman İranın milli mənafeyinə zərər vuracaq bir addım atmamış, hətta İrana qarşı Qərbin sanksiyalarına baxmayaraq, bu ölkə ilə illər boyu fəal əməkdaşlıq etmiş, birgə iqtisadi layihələr reallaşdırmış, həm ikitərəfli, həm regional təşkilatlar çərçivəsində enerji, nəqliyyat və sair sahələrdə geniş tədbirlər həyata keçirmişdir.
Azərbaycanın Vətən müharibəsində haqlı mübarizəsini, gec də olsa, qəbul edən, lakin Ermənistan sərhədinin İran üçün “qırmızı xətt” təşkil etdiyini bəyan edən rəsmi Tehran rəhbərliyi Azərbaycan – İran sərhədinin 130 kilometri ermənilər tərəfindən işğal ediləndə nə üçün susurdu?
Qonşu və böyük dövlət olaraq İran Füzuli, Qubadlı, Zəngilan işğal ediləndə təcavüzkara işğalı dayandırmaq üçün bircə dəfə çağırış, ya xəbərdarlıq etdimi? Belə suallar çoxdur və İran tərəfi onların cavabında ya susur, ya da əsassız izahatlar verir. Cavab məlumdur. Ölkənin şimalında müstəqil, inkişaf edən, güclü Azərbaycan dövlətini İran heç zaman istəməmişdir.
– Xatırlayaq ki, bir əsr əvvəl Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə də İrandan eyni münasibət görmüşdü.
– 1918-ci ilin sentyabrında Məhəmməd Əmin Rəsulzadə İstanbulda Azərbaycan hökuməti adından Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barəsində “İstiqlal Bəyannaməsi”ni İran konsulluğuna göndərəndə həmin sənədi geri qaytarıb yazmışdılar ki, İran “Azərbaycan adında dövlətin müstəqilliyini tanımır”. 1919-cu ildə Paris konfransında da belə olmuşdu. İran nümayəndə heyəti və onun rəhbəri, xarici işlər naziri Əliqulu xan Azərbaycan Respublikasına və bəzi digər ölkələrə ərazi iddiaları qaldırmışdı, Xəzər dənizində İranın hüquqları barəsində tələblər irəli sürmüşdü.
Bu iddialar rədd edildikdən sonra onlar Azərbaycan heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşovla əməkdaşlıq etməyə başlamış, müxtəlif iş birlikləri təklif etmişdilər. Hətta İranın yeni xarici işlər naziri Firuz Mirzə Azərbaycanla bir konfederasiya şəklində müştərək dövlət qurmaq təklifini də Parisdə Azərbaycan heyətinə yetirmişdi.
Hələ 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyətinin adına qarşı çıxan, tarixi Azərbaycanın şimalında müasir demokratik, müstəqil Azərbaycan dövlətinin meydana gəlməsini ağrı ilə qarşılayan İran şahlıq dövləti yalnız 1919-cu ilin yayında, bir ildən sonra Azərbaycanla əlaqələr qurmağa başladı və 1920-ci il martın 20-də yeni dövləti tanıdığını bildirdi. Eləcə də, 18 oktyabr 1991-ci il tarixində Azərbaycan öz dövlət müstəqilliyini elan edəndən təqribən 5 ay sonra, 1992-ci il martın 12-də İran İslam Respublikası Azərbaycan Respublikasını tanıdı və bu sırada 19-cu ölkə oldu. Budur qonşu ölkənin, “müsəlman qardaşımızın” Azərbaycan Respublikasına münasibəti!
Ümummilli lider Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri olarkən İranla əlaqələrə xüsusi önəm vermişdi və 1992-ci ilin avqustunda İrana səfər etmişdi. Ulu öndər o zaman bu ölkənin rəhbəri və digər yüksək rəsmilərlə görüşmüş, Naxçıvan üçün çox gərəkli olan “Əməkdaşlıq protokolu” imzalanmışdı. Heydər Əliyev Azərbaycanın Prezidenti seçiləndən sonra da bir neçə dəfə İrana rəsmi və işgüzar səfər etmiş, qonşu ölkə ilə dostluq münasibətlərinin qurulması üçün səylər göstərmişdi. İran prezidenti və rəsmi dövlət adamları da dəfələrlə ölkəmizdə səfərdə olmuş, müxtəlif əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Gözləmək olardı ki, ölkələrimiz arasında 1992 – 1993-cü illərdə yaranmış soyuqluq aradan qalxacaq, İranın müstəqil Azərbaycana münasibətində müsbət dəyişikliklər baş verəcək. Lakin İrandan ölkəmizin daxili və xarici siyasətinə təsir etmək cəhdləri dayanmadı.
Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın əsas hissəsindən təcrid edilən Naxçıvan MR-ə iqtisadi yardımlar edən İran uzun müzakirələrdən sonra öz ərazisindən yol açılmasına izn versə də, hava məkanından Naxçıvana uçuşlara imkan verməmişdir. Yalnız son illərdə Azərbaycana bu imkan yaradılmışdır.
– Azərbaycan neft-qaz istismarı və ixracı ilə əlaqədar böyük beynəlxalq layihələrə start verəndə isə İran “Xəzərin Statusu” məsələsini ortaya atmışdı...
– O zaman əsassız bəhanələrlə müxtəlif iddialar qaldıran İranın əsas niyyəti Azərbaycanın inkişafı və güclü dövlətə çevrilməsinin qarşısını almaq, onun İran azərbaycanlıları üçün cəlbedici, nümunə olduğunu əngəlləmək idi. 2001-ci ilin iyulunda Xəzər dənizində geoloji kəşfiyyat işləri aparan “Geofizik-3”, “Əlif Hacıyev” gəmiləri İranın hərbi təyyarələri tərəfindən təhdid edildi, bu isə oradakı işlərin dayandırılmasına səbəb oldu. Qardaş Türkiyənin Azərbaycana həmrəylik dəstəyinin səmada nümayişi İran rəsmilərini bir qədər sakitləşdirdi.
Həmin il Azərbaycan hökumətinin qərarı ilə Dünya azərbaycanlıların Birinci qurultayının keçirilməsi, ümumiyyətlə, Azərbaycan dövlətinin diaspor siyasəti də İranda anlaşılmayan narahatlıq doğurdu. Bir iranlı siyasətşünas hətta yazmışdı ki, öz torpaqlarını işğaldan azad edə bilməyən Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının necə Vətəni və himayəçisi ola bilər? Belə bir haqq İranın olmalıdır. Yəni İranda müstəqil Azərbaycan Respublikasının bu tarixi missiyası da şübhə altına alınmışdı.
Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə olduğu kimi, son 19 ildə də Prezident İlham Əliyevin xoş məramı ilə ölkəmiz qarşıdurma deyil, əməkdaşlıq zonasına çevrilmişdir. İran şirkətlərinin işğaldan azad edilmiş bölgələrin yenidən qurulmasına dəvət edilməsi də bu siyasətin tərkib hissəsidir. Azərbaycan tərəfi mehriban qonşuluq əsasında qarşılıqlı-faydalı əməkdaşlığı, hərtərəfli münasibətləri genişləndirmək əzmini böyük ümidlə davam etdirir.
– Suallarımızı ətraflı cavablandırdığınıza görə təşəkkür edirik!
Yazını çapa hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”