31.10.2022, 06:52 - Baxış sayı: 269

Professor İlham Məmmədzadə Beynəlxalq İqtisadi Forumda “Qlobal çağırışlar kontekstində humanizmin taleyi” mövzusunda çıxış etmişdir


Professor İlham Məmmədzadə Beynəlxalq İqtisadi Forumda “Qlobal çağırışlar kontekstində humanizmin taleyi” mövzusunda çıxış etmişdir 27-28 oktyabrda Bakı Konqres Mərkəzində “Yeni qlobal reallıq kontekstində Avrasiya məkanında iqtisadi əməkdaşlıq” mövzusunda iki günlük XV Verona Avrasiya İqtisadi Forumu keçirilib.
Forumun ilk günündə iştirakçılar qlobal enerji çağırışlarını və Avropanın enerji təhlükəsizliyi məsələlərini, qlobal geosiyasətdə biznesin rolunu, o cümlədən Atlantik okeanından Sakit okeana qədər məkanda iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Forum çərçivəsində Azərbaycana həsr olunmuş xüsusi sessiya keçirilib və burada ekspertlər ölkənin və onun artan iqtisadiyyatının perspektivlərini və imkanlarını müzakirə ediblər.
Forumun təşkilatçıları tərəfindən dəvət edilən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru f.e.d., professor İlham Məmmədzadə 4-cü sessiyada “Qlobal çağırışlar kontekstində humanizmin taleyi” mövzusunda çıxış etmişdir.