01.11.2022, 08:52 - Baxış sayı: 302

“Hüseyn Cavid yaradıcılığında fəlsəfi əsaslar” adlı Respublika konfransı keçirilmişdir


“Hüseyn Cavid yaradıcılığında fəlsəfi əsaslar” adlı Respublika konfransı keçirilmişdirАМЕА Fəlsəfə və Sosiologiya İnstitutunda Azərbaycan filosof-şairi, yazıçı və dramaturqu Hüseyn Cavidin 140 illik yubileyinə həsr olunmuş “Hüseyn Cavid yaradıcılığında fəlsəfi əsaslar” adlı Respublika konfransı keçirilmişdir.
Konfransda çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə Hüseyn Cavidin fəlsəfi və fikir tarixindəki yeri haqqında məlumat verib.
Professor dramaturqun yaradıcılığına nəzər salaraq bildirib ki, Hüseyn Cavid XX əsr romantik ədəbiyyatın filosof şairidir. Onun yaradıcılığı Azərbaycan romantizmində özünəməxsus yer tutur. Lakin sovet ideologiyası Hüseyn Cavid romantizminin fəlsəfi fikrini təhlil etməyə və dərindən öyrənməyə imkan vermirdi.
Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, t.e.d. Eynulla Mədətli “Heydər Əliyevin Hüsyen Cavid İrsinə münasibəti” mövzusunda çıxış etdi. Eynulla Mədətli çxışında ulu öndər Heydər Əliyevin hər zaman milli-mənəvi dəyərlərə önəm verdiyini qeyd edib: “29 oktyabr 1996-cı ildə Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışındakı nitqində Heydər Əliyev deyirdi ki, Hüseyn “Hüseyn Cavid yaradıcılığında fəlsəfi əsaslar” adlı Respublika konfransı keçirilmişdirCavid XX əsrdə Azərbaycan Ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir”.
Heydər Əliyev Hüseyn Cavid yaradıcılığını, onun həyat və mübarizəsini, müasir Azərbaycan ədəbiyyatında oynadığı müstəsna rolu özünəməxsus məntiq və məhəbbətlə ətraflı təhlil edib dəyərləndiridi – deyə, Eynulla Mədətli bildirib.
Sonra f.e.d., dosent Afaq Əsədova “Hüseyn Cavid və sənət”, f.ü.f.d. Faiq Ələkbərli “Hüseyn Cavid türkçülük fəlsəfəsinin əsasları”, f.ü.f.d. “20-50-ci illərdə Hüseyn Cavid yaradıcılığına münasibət” mövzusunda məruzə ilə çıxış edib, böyük mütəfəkkirin fəlsəfi yaradıcılığını ətraflı təhlil etdilər.
“Hüseyn Cavid yaradıcılığında fəlsəfi əsaslar” adlı Respublika konfransı keçirilmişdir
“Hüseyn Cavid yaradıcılığında fəlsəfi əsaslar” adlı Respublika konfransı keçirilmişdir