05.11.2022, 08:52 - Baxış sayı: 388

“Qələbənin fəlsəfəsi və reallıqları” mövzusunda Dəyirmi masa kecirilib


“Qələbənin fəlsəfəsi və reallıqları” mövzusunda Dəyirmi masa kecirilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Vətən müaharibəsində şanlı qələbəmizin ikinci ildonümünə həsr edilmiş “Qələbənin fəlsəfəsi və reallıqları” mövzusunda Dəyirmi masa kecirilib. Dəyirmi masada Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanılıb. Sonra Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru f.e.d., professor İlham Məmmədzadə Zəfər gününün fəlsəfəsinə həsr edilmiş tədbirin elmi, siyasi əhəmiyyətini qeyd edib. Həmçinin Vətən müharibəsi ilə Azərbaycanın Cənubi Qafqaza gətirdiyi yeni reallıqların fəlsəfəsinə toxunaraq Ali Baş Komandan və xalq birliyinin uğurlu nəticələrinin Zəfər günü ilə müqayisəli təhlilini aparıb.
“Qələbənin fəlsəfəsi və reallıqları” mövzusunda Dəyirmi masa kecirilibQələbədən keçən iki il ərzində işğaldan azad olunmuş torpaqlarımızıda aparılan quruculuq və bərpa işlərinin, o cümlədən şəhidlərimizə və qazilərimizə göstərilən diqqət və qayğıya dair dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin geniş vüsət almasını təhlil etdi. Qələbənin və Zəfər səlnaməsinin mahiyyətində dayanan siyasi liderin iradəsi və müdrik siyasətin fəlsəfəsini şərh etdi.
“Qələbənin fəlsəfəsini həm keçmişdə, həm də bu gündə axtarmalıyıq və onu gələcəyə ötürməliyik. Düşünürəm ki, elmi tədqiqatlarımızda bu işlər öz əksini tapmalıdır” – deyə, İlham Məmmədzadə vurğulayıb.
F.e.d., professor Rəna Mirzəzadə “İlham Əliyevin vətən müharibəsi dövründə informasiya siyasəti”, Vətən müharibəsi iştirakçısı, f.e.f.d. Radif Mustafayev “Vətən müharibəsi və qənimətlərindən əldə edilən nəticələrin qarşıya qoyduğu vəzifələr”, f.e.d. Füzuli Qurbanov Azərbaycanın qələbəsi regional təhlükəsizlik kontekstində: əməkdaşlıqda yeni imkanların perspektivləri”, institutun elmi işçisi Nailə Əlicanova “Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur” mövzusunda çıxış etdilər.
Sonda çıxış edən f.e.d., professor Əsədulla Qurbanov, f.e.f.d. Faiq Ələkbərli, elmi işçi Xanımağa İsmayılova və digər çıxışçılar mövzu ilə bağlı fikirlərini və düşüncələrini tədbir iştirakçıları ilə bölüşdülər.
“Qələbənin fəlsəfəsi və reallıqları” mövzusunda Dəyirmi masa kecirilib