07.11.2022, 06:23 - Baxış sayı: 224

Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Zəfər Gününə həsr edilmiş tədbirdə iştirak ediblər


Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Zəfər Gününə həsr edilmiş tədbirdə iştirak ediblərAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Maştağa Mədəniyyət Mərkəzində Zəfər səlnamamizə həsr edilmiş "30 illik həsrətin tarixi" adlı ümumrayon tədbirinə qatılıblar. Tədbirdə şəhid ailələri, Vətən müharibəsi Qaziləri, Sabunçu rayon ictimaiyyəti, ziyalılar, idarə və təşkilatların rəhbərləri iştirak etmişlər. Vətən müharibəsindəki qələbəmizə gətirən yolun tarixi siyasi mahiyyətini obrazlı şəkildə ifadə edən 187 saylı məktəbin hazirladığı proqram məzmun və mahiyyət etibarı ilə iştirakçıların marağına səbəb olmuşdur.
Daha sonra şəhid valideynləri, rayon ictimaiyyətinin numayəndələri çıxış etmiş və Vətən müharibəsində əldə etdiyimiz qələbənin əhəmiyyətindən danışmışlar. Tədbirdə YAP Fəlsəfə və Sosiologiya İnstitutu Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov "İdeologiya və siyasi liderin iradəsi ilə tamlaşan tarixi Zəfər zirvəsi" mövzusunda geniş məruzə ilə çıxış etmisdir. İnstitutun alimlərindən fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, dosent Şolət Zeynalov, fəlsəfə üzrə fəlsəfə doktoru, Qarabağ müharibəsi iştirakçısı Fikrət Nəbiyev iştirak etmişlər. Alimlər şəhid ailələri ilə dövlətimizin qayğı və diqqətinə dair həmsöhbət olmuş. Vətəni canlarından uca tutan qəhrəmanlarımızın həmişə yanında olacaqlarına əmin olmalarını ifadə etmişlər. Tədbir istirakcilari Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiklərini və çağırışlarına həmişə hazır olduqları bildirməklə tədbirə yekun vurmuşlar.
Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Zəfər Gününə həsr edilmiş tədbirdə iştirak ediblər