Şəhid kapitan Həmidağa Hüseynzadənin ailəsi ziyarət olunub
YAP AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə Ərazi Partiya Təşkilatının sədri s. e. ü. f. d dosent Sənan Həsənov və İnstitutun aparıcı elmi işçisi Şölət Zeynalov XTQ-nin kapitanı "Xallı" ləqəbli Şəhid Həmidağa Hüseynzadənin valideynlərini ziyarət ediblər. Alimlər Şəhidin qəhrəmanlıqlarına və həyat yoluna həsr olunmuş kitablar və şəhidin şücaətinə dair ölkə mətbuatında dərc olunmuş materiallarla yaxından tanış olmuşlar. Göruş zamanı şəhid ailələrinə dövlətimizin qayğı və dəstəyindən söhbət açılmış, Prezident İlham Əliyevin rəhbərliyi ilə elmi ictimaiyyatın da qarşısında şəhid ailələrinə diqqətin ayrılmasının mühüm vəzifə kimi qarşıya qoyulduğu önə çəkilmişdir. Görüşdə Şəhidin atası Bağı Hüseynzadə ilə Vətən müharibəsində əldə edilmiş qələbənin elmi-ideoloji əhəmiyyəti haqqında geniş fikir mübadiləsi aparılmışdır.