Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Humay İsayeva Beynəlxalq elmi konfransda iştirak edib
Belarusun paytaxtı Minsk şəhərində “Молодёжь в науке – 2022” adlı XIX Beynəlxalq elmi konfrans keçirilib. AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun, Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, "Sosiologiya" şöbəsinin elmi işçisi, Humay İsayeva Belarus Milli Elmlər Akademiyasında (BMEA) baş tutan konfransın açılış mərasimində iştirak edib.
Tədbir çərçivəsində Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının (MAAN) Gənc Alimlər Şurasının dəyirmi masası təşkil olunub. Humay İsayeva Azərbaycan təmsilçisi kimi dəyirmi masada iştirak edib. O, tədbirin məqsədinin gəncləri elmi yaradıcılığa cəlb etmək və elmi-tədqiqat işlərinin nəticələrini müzakirə etməli olduğunu bildirib və beynəlxalq elmi konfransın işinə uğurlar arzulayıb. Gənc alim konfransın proqramına uyğun olaraq keçirilən müvafiq sessiyalara qoşulub. Səfər çərçivəsində Belarus Dövlət Universitetinin "Fəlsəfə və Sosial Elmlər" fakültəsinin "Sosiologiya" və "Sosial iş" kafedralarının müdirləri, A.N.Danilov və N.N.Krasovskaya ilə görüşərək, kafedranın iş prinsipi ilə tanış olub, həmdə gələcək elmi əməkdaşlıqlara dair müzakirələr aparıb.