Pakistanlı alimlərlə Fəlsəfə və Sosiologiya İnstitutunda görüş keçirilib
Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Pakistan İslam Respublikasının Sülh və Diplomatik Araşdırmalar İnstitutunun direktoru, f.e.d. xanım Fərhad Nur və həmin institutun elmi işçisi, iqtisadçı analitik, doktor Asif Məhmməd Nurla görüş keçirilib.
Görüş zamanı Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə qonaqları salamlayaraq, onları burada görməkdən məmnunluğunu ifadə edib.
İlham Məmmədzadə öncə İnstitutun elmi fəaliyyəti ilə bağlı qonaqlara ətraflı məlumat verərək, rəhbərlik etdiyi müəssisənin beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətinə toxunub və gələcəkdə birgə elmi layihələrin hazırlanması barədə müzakirələr aparmışlar. Azərbaycan Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi və bu inkişafın sayəsində xalqlarımızın daha da yaxınlaşmasından danışaraq, onun siyasi-iqtisadi əhəmiyyətini təhlil etdi.
İlham Məmmədzadə çıxışında onu da vurğuladı ki, “Şuşa ili” və “Heydər Əliyev İli” ilə əlaqədar birgə elmi konfransların təşkil edilməsi və tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Professor aparılan işlərin elmi mahiyyətinin vacibliyi qeyd edib: “Pakistan elmini təmsil edən böyük şəxslər, fikir adamları var. İstərdik ki, gələcək əlaqələrimizdə bu elm adamları ilə yaxından tanış olaq, birgə əmkdaşlıq edək və elmi konfranslar keçirək.”
Görüşdə iştirak edən Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, İnstitutun elmi katibi, f.ü.f.d. Sevinc Həsənova, Qabil Camalov, f.e.d., professor Sakit Hüseynov, f.ü.f.d. Zöhrə Əliyeva, siyasi elmlər üzrə fəlsəfə doktoru,dosent Sənan Həsənov, elmi işçilər Samirə Dadaşova və Hafizə İmanova Azərbaycan və Pakistan dostluq əlaqələrindən, bu əlaqələrin tarixi köklərindən söz açdılar. Həmçinin İnstitut alimlərinin Pakistan elmi cəmiyyəti ilə qurulan əlaqələrindən, Paksitan elmi jurnalları ilə əməkdaşlıqlarından danışdılar.
Qonaqpərvərlik üçün minnətdarlığını bildirən Asif Məhəmmdə Nur və xanım Fərhad Nur bundan sonra da birgə elmi əlaqələrini daha da inkişaf etdirəcəyini bildirdilər. Qonaqlar “Azərbaycan bizim ikinci evimizdir, Fəlsəfə və Sosiologiya İnstitutu isə bu evin bir otağıdır. Biz hər Azərbaycana gələndə özümüzü evimizə gələn kimi hiss edirik” - deyə qeyd ediblər.
Sonda qonaqlara İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətlinin “Pakistan: Qısa tarixi-siyasi oçerklər” adlı kitabı hədiyyə edildi.
Qeyd edək ki, 2021-ci ili əvvəllərində Sülh və Diplomatik Araşdırmalar İnstitutu və Fəlsəfə və Sosiologiya İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında memorandum imzalanmışdır.