Fəlsəfə İnstitutunun direktoru və şöbə müdiri Türkiyədə Qarabağ parkının və Xocalı abidəsinin açılışında iştirak edib + FOTOLAR
Fevralın 20-də Türkiyənin Aydın şəhərinin Nazilli qəsəbəsində Qarabağ parkının və Xocalı soyqırımı abidəsinin təntənəli açılışı olmuşdur. Tədbirdə iştirak etmək üçün Azərbaycandan nümayəndə heyəti getmişdir.
Açılışda AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə və İnstitutun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Rəna Mirzəzadə də iştirak etmişdi. Onlar öz çıxışlarında Qarabağ həqiqətləri, Xocalı soyqırımı və Xocalıya Ədalət kampaniyası ilə bağlı geniş məlumatlar verərək bu cür abidələrin açılmasının önəmini xüsusi vurğulayıblar. Həmçinin abidənin hazırlanmasında dəstək göstərən və əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, açılış tədbirindən öncə Azərbaycan nümayəndə heyətinin üzvlərindən millət vəkili Qənirə Paşayeva, İlham Məmmədzadə və Rəna Mirzəzadə Nazilli bələdiyyəsinin rəhbəri Halik Alıcıkla görüşərək ona gördüyü işlə bağlı minnətdarlıqlarını bildiriblər.
Görüş zamanı İlham Məmmədzadə öz fikirlərini bələdiyyə başqanına bildirərək, Türkiyə ilə Azərbaycanın dost, qardaş ölkə olduğunu və ölkələrimizin əlaqələrinin daha da genişlənməsində bu kimi işlərin vacib olduğunu qeyd edib.