26.12.2022, 07:15 - Baxış sayı: 271

Siyasi iradə siyasi peşəkarlığın elmi əsaslarını yaradıb


Siyasi iradə siyasi peşəkarlığın elmi əsaslarını yaradıbPrezident İlham Əliyev dünya miqyasında uğurlu lider obrazı ilə siyasətdə müdriklik termininin mənasını dolğunlaşdırıb. Onun xarizmasında bir sıra məqamların özünəməxsusluğu təsdiqlənmişdir. Məsələn, o, qlobal bəşəri problemləri şərh edərkən dünyada insan haqlarına olan laqeyid münasibətin, işğalçılıq, seperatizm, ayrıseçkilik, ikili standartların bəşəriyyətin təhlükəsizliyinə təhdid olduğunu bir çox siyasətçilərin dilə gətirmədiyi zamanda gündəmə gətirmişdir. Yaxud multukulturalizm, toleriantlıq ənənələrinin bərqərar olmasını bəşəriyyətdə birgəyaşayış, sülh və əməkdaşlıq üçün alternativsiz yol olduğunu bir konsepsiya kimi, sözün əsl mənasında, dünyaya qəbul etdirrməklə inkişafa yeni nəfəs vermişdir. Bu, o zamanlar idi ki, irqi dini ayrıseçkiliyi, terrorizmi bir çox dövlətlər, hətta dövlət siyasətinin tərkib hissəsi kimi qəbul etmiş, bu iradədən kənarda inkişaf modelini görə bilmirdilər. Lakin Azərbaycanın bu sahədə örnək olan addımları və onların nəticələri praktiki baxımdan nümünə olaraq hətta müharibələrin də sülh üçün aparılmalı olduğunu təsdiq etdi. Ancaq “geosiyasi realizm” doktrinasını rəhbər tutan böhranlar yaratmaq ənənəsindən, vərdişindən uzaqlaşa bilməyən bəzi siyasi oliqarxlar bir cox müasir siyasi nəzəriyyəçilərin təsiri altında bu stereotiplərdən ayrıla bilmədiklərini də gizlədə bilməmişlər. Siyasi arenada İlham Əliyev xarizması tarixi təkamülün hazırkı mərhələsində Azərbaycanın konseptual siyasi iradəsinin gücü ilə siyasi nəzəriyyəçilərə yenidən düşünməyin zəruri olduğunu anlatmış oldu. İndi demək tam yerinə düşür ki, Azərbaycanın yaratdığı reallıqların hazırkı dünya nizamında sabitlik və inkişaf ücün real və analoqsuz model olduğunu kim inkar edə bilər? Əslində, Prezident İlham Əliyevin postmüharibə dövründə Azərbaycanın iradəsini ifadə edən yeni reallıqların beynəlxalq aləm üçün əhəmiyyətini şərh edən nəzəri praktiki baxışlar sistemi məsələdə əlavə suala yer qoymamışdır. Deməli, Prezident İlham Əliyevin siyasi iradəsi cəmiyyətin tərəqqisi naminə siyasi peşəkarlığın elmi əsaslarına dair yeni müasir nəzəriyyəyə sahibdir.
Daha vacib məsələ bütün təhlükəli tendensiyaları zərərsizləşdirmək ücün aparılan daxili siyasətin legitimliyi, onun ideoloji və milli hədəflərinin düzgün dərkidir. Azərbaycanın sülh strategiyasından irəli gələn Vətən müharibəsi bir tərəfdən xalqın qəhrəmanlıq əzmini, onun mübarizliyini göstərdisə o biri tərəfdən milli maraqlarımızın ifadəsini həyata keçirən siyasətin xalq tərəfindən layiqli qiymətini aldığunu sübut etdi. Azərbaycan tarixinin bu mərhələsi ardıcıl islahatlarda hədəflərə tam nail olma dövrü kimi ona görə şərtlənməlidir ki, daxili siyasət sosial sferanın bütün tələblərini effektli şəkildə təmin edə bilmişdir. Bu vətənçilik anlayışında vahid milli ideologiyadan doğan milli özünündərk prosesinin şüurlu şəkildə tam dərkinə nail olmağın nəticəsidir. Bu isə cəmiyyətin sabitliyinə hədəflənmiş uğurlu islahatların ideoloji baxımdan milli effektliliyinin nəticəsində mümkün ola bilən prosesdir. Təcrübə göstərir ki, milli özünüdərkin ən mühüm elementi kimi yaradılan milli ideologiyanın xalqın milli potensialı ilə vəhdətini daxili siyasətin legitimliyindən kənarda təsəvvür etmək mümkün deyildir. Vətən müharibəsi xalqımızın milli ideologiyaya əsaslanan milli gücünün ifadəsini ümumxalq iradəsinin ayrılmaz hissəsi olduğunda göstərdi. Bu yalnız daxili siyasətin möhkəm sosial bazasının göstəricisi idi. Dünyaya nəzərən mövcud siyasi situasiyanın təhlili göstərir ki, Prezident İlham Əliyevin ölkədə çevik idarəetmə və praqmatik siyasi sistemin qurulmasındakı fəaliyyəti öz legitimliyini artıq təsdiq edib. Cəmiyyətdə proseslərə yanaşmalar müxtəlif ola bilər, lakin milli maraqlarımızın hədəflərində reallığa çevrilən nəticənin nəinki ölkəmiz üçün, region və dünya üçün əhəmiyyəti artıq elmi əsaslarla təsdiqini tapmasıdır. Prezident İlham Əliyevin siyasi iradəsi, bilik və bacarığı Azərbaycanı bu prosesdə cahaşümül inkişafın avanqardına çevirmişdir.

Sənan Həsənov
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

sia.az