26.12.2022, 10:39 - Baxış sayı: 252

Eynulla Mədətli Pakistanda elmi ezamiyyədə olmuşdur


Eynulla Mədətli Pakistanda elmi ezamiyyədə olmuşdurAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli 19-21 dekabr 2022-ci il tarixlərində Pakistan İslam Respublikasının Lahor şəhərində Hökumət Kolleci Universitetində keçirilən Beynəlxalq Urdu Konfransında iştirak etmişdir. AMEA-nın prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun Baş direktoru, akademik İsa Həbibbəylinin başçılığı ilə Lahorda adı çəkilən konfransda iştirak edən heyət üzvlərinin elmi məruzələri universitetin professor-müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanmışdır. E.Mədətlinin “Orta əsrlərdə Muğal saraylarında Azərbaycan şairlərinin fəaliyyəti” adlı məruzəsi də konfransda dinlənmişdir.
Universitetdə təsis edilən “Azərbaycan Mərkəzinə” akademik İsa Həbibbəylinin urdu dilinə tərcümə edilmiş “Nizami Gəncəvi” kitabı, Pakistan Ədəbiyyat Akademiyasının urdu dilində nəşr etdiyi “Kitabi Dədə Qorqud” dastanı, E.Mədətlinin “Pakistan: qısa tarixi-siyasi oçerklər” kitabı və digər müxtəlif nəşrlər təqdim edilmişdir.
Pakistanın İnformasiya və Yayın Nazirliyinin Lahor Direktorluğu və Lahor Hökümət Kolleci Universitetinin rəhbərliyi məruzəçilərə təqdirnamə vermişdir.
Eynulla Mədətli Pakistanda elmi ezamiyyədə olmuşdur