29.12.2022, 15:57 - Baxış sayı: 329

Fəlsəfə və Sosiologiya İnstitutunda “Lider və zaman” mövzusunda tədbir keçirilib


Fəlsəfə və Sosiologiya İnstitutunda “Lider və zaman” mövzusunda tədbir keçirilib29 dekabr 2022-ci il tarixdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda YAP Yasamal rayon Təşkilatının və AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik gününə və Prezident İlham Əliyevin siyasi fəaliyyətinə həsr edilmiş “Lider və zaman” mövzusunda tədbir keçirilib.
Tədbirə YAP Yasamal rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, təşkilatın məsləhətcisi Ülviyyə Əliyeva, ərazi təşkilatının üzvləri və institut alimləri qatılıblar. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbiri giriş nitqi ilə açan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə Dunya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək 2022-ci ildə ölkəmizin həyatında əlamətdar olan hadisələrə nəzər salıb. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların bütün sahələrdə olduğu kimi elmi-ideoloji sahədəki uğurlu nəticələrindən danışıb. Qələbədən sonrakı mərhələnin yeni reallıqlarında alimlərin roluna diqqət çəkib.
Fəlsəfə və Sosiologiya İnstitutunda “Lider və zaman” mövzusunda tədbir keçirilibYAP Yasamal rayon Təşkilatının hazırladığı Prezident İlham Əliyevin siyasi fəaliyyətinə həsr edilmiş video-çarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən tarix elmləri doktoru, Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli Prezident İlham Əliyevin hazırkı qlobal siyasi vəziyyətdə Azərbaycanın maraqlarını beynəlxalq aləmdə uğurla həyata keçirdiyini, liderlik məharəti ilə bütün dünya azərbaycanlılarının lideri statusunu qazandığını bildirdi. Onun siyasi iradəsi ilə Türk dünyasının tarixində yeni mərhələnin başladığını, bu istiqamətdə əldə edilən tarixi uğurları diqqətə çatdırdı. Daha sonra fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Lider və zaman” mövzusunda məruzə edərək Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin müasir dünyanın sülh və inkişaf konsepsiyasındakı elmi əsaslarını şərh etdi. Onun simasında liderliyin müdrikliklə təzahürünə dair müqayisələr apardı.
Fəlsəfə və Sosiologiya İnstitutunda “Lider və zaman” mövzusunda tədbir keçirilibTədbirdə YAP Yasamal rayon təşkilatı Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov 2022-ci ildə ərazi partiya təşkilatının fəaliyyət istiqamətlərinə dair məlumat verərək yeni reallıqlarda elm və ideologiyanın qarşılıqlı vəhdətinin mühüm vəzifə kimi həyata keçirildiyini diqqətə çatdırdı. Fəlsəfə və Sosiologiya İnstitutunun ölkəmizin ideoloji siyasi həyatında apardığı tədqiqat işlərində ideoloji işin mühüm yer aldığını və bu istiqamətdə partiya üzvlərinin səmərəli fəaliyyətlərinə nəzər saldı. Bu prosesin daha da genişləndirilmə zərurətini Prezident İlham Əliyevin ümummilli hədəflərə yönələn çağırışlarından irəli gələn vəzifələr olaraq şərh etdi.
Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçısı f.ü.f.d. Radif Mustafayev Yeni Azərbaycan Partiyasının ideyalarının milli qələbəmizdə əvəzsiz rolundan danışdı. Müzəffər Ali Baş Komandan, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının bundan sonra da qələbələrə nail olacağını bildirdi.
Daha sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş əməkdaşlardan Günay Cabbarovaya, Zümrüd Hüseynovaya, Nuray Ələsgərovaya və Təranə Tahirzadəyə üzvlük vəsiqələri təqdim olundu.
Fəlsəfə və Sosiologiya İnstitutunda “Lider və zaman” mövzusunda tədbir keçirilibTədbirdə YAP Yasamal rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev yekun nitqi söyləmişdir. O, Prezident İlham Əliyevin siyasi iradəsi ilə regionun yeni reallıqlara qədəm qoyduğunu və bu iradənin inkişafa, tərəqqiyə xidmət etdiyini faktlarla diqqətə çatdırdı. Azərbaycanın qüdrətli inkişaf konsepsiyasının əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu şərəfli missiyanı Qələbə və Zəfər səlnaməsi ilə əbədi tarixə çevirən İlham Əliyevin ətrafına bundan sonra da sıx birləşməyin zəruriliyini bildirdi. Siyasi varislikdə İlham Əliyev xarizmasının miqyasına dair təhlillər apardı. Onun ümummilli əhəmiyyətinin dərki prosesində ziyalıların mühüm rolunun olduğuna diqqət çəkdi.
Fəlsəfə və Sosiologiya İnstitutunda “Lider və zaman” mövzusunda tədbir keçirilib
Fəlsəfə və Sosiologiya İnstitutunda “Lider və zaman” mövzusunda tədbir keçirilib
Fəlsəfə və Sosiologiya İnstitutunda “Lider və zaman” mövzusunda tədbir keçirilib
Fəlsəfə və Sosiologiya İnstitutunda “Lider və zaman” mövzusunda tədbir keçirilib
Fəlsəfə və Sosiologiya İnstitutunda “Lider və zaman” mövzusunda tədbir keçirilib