Akademik Heydər İmanov Fəlsəfə və Sosiologiya İnstitutunda olub
Rusiya “Smolnı Universiteti” İnnovativ Elmi-Tədris Konsorsiumunun prezidenti, akademik Heydər İmanov AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun qonağı olub.
Görüş zamanı Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə qonağı salamlayaraq, akademiki burada görməkdən məmnun olduğunu ifadə edib.
İlham Məmmədzadə öncə İnstitutun elmi fəaliyyəti ilə bağlı qonağa ətraflı məlumat verib. Həmçinin rəhbərlik etdiyi müəssisənin beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətinə toxunub və gələcəkdə hər iki müəssisə arasında birgə elmi layihələrin hazırlanması ətrafında təşəbüslə çıxış edib.
Akademik Heydər İmanov rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə məlumat verərək, son 25 ildə Azərbaycanda və Rusiyada gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən danışıb.
Görüşdə “Smolnı Universiteti” və AMEA Fəlsəfə və Sosiologiya İnstitutu arasında birgə elmi konfransların, layihələrin həyata keçirilməsi üçün ilkin razılığa gəlinib.
Sonda qonağa Fəlsəfə və Sosiologiya İnstitutunun nəşri olan kitablar hədiyyə edildi.