26.01.2023, 10:48 - Baxış sayı: 338

“Heydər Əliyevin siyasi irsi və yeni geosiyasi çağırışlar” adlı Respublika konfransı keçirilib

“Heydər Əliyevin siyasi irsi və yeni geosiyasi çağırışlar” adlı Respublika konfransı keçirilibAzərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında" sərəncamından irəli gələrək AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Heydər Əliyevin siyasi irsi və yeni geosiyasi çağırışlar” adlı Respublika konfransı keçirilib.
Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə açılış nitqi ilə çıxış etdi. Professor çıxışında müasir ideologiyamızın əsaslarının Heydər Əliyev tərəfindən həyata keçirilməsindən söz açdı:
“Geosiyasətin müasirliyinin və çağdaş fəlsəfəsinin mahiyyəti bundan ibarətdir ki, inkişaf başqalarının hesabına deyil, onlarla əməkdaşlıqda həyata keçirilməli, ölkədən bölgəyə, qonşu regionlara və daha uzaqlara yönəlməlidir. Bu konsepsiya və onun gerçəkləşdirilməsi təcrübəsi Heydər Əliyev tərəfindən ərsəyə gətirilib, onun ideoloji irsinin əsas hissəsini təşkil edir.
Bu əsaslar ilk növbədə tarixi yaddaşın bir qismi kimi ulu öndər Heydər Əliyevin irsində, vətənpərvərliyində və həm də onun ideyalarının artıq yeni şəraitdə rasional təfsir və inkişaf etdirilməsində öz əksini tapıb. Yeni şərait məsələsi əsla sadə məsələ deyil. Dünya dəyişir və getdikcə daha sürətlə başqalaşacaq. Heydər Əliyevin ideyaları keçmişlə indini birləşdirən ideologiyamızın mahiyyəti və mənasını təşkil edir və vətəndaşların biliyə, elmə və həyata şövqlülüyünün dərin səbəblərini aydınlaşdırır.”
“Heydər Əliyevin siyasi irsi və yeni geosiyasi çağırışlar” adlı Respublika konfransı keçirilibAkademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, müstəqil müasir Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, alimlərə verdiyi dəyərdən danışdı.
Sonra çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, t.e.d. Eynulla Mədətli “Heydər Əliyevin Türkiyə siyasətində “Bir millət, iki dövlət” düsturu tarixin sınaqlarında” mövzusunda çıxış edərək qeyd edib ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin çoxəsrlik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət olduğunu vurğuladı. Ulu öndərin qətiyyətli mövqeyi, zəngin irsinin öyrənilməsində hər bir tədqiqatçının, alimin ən önəmli vəzifəsi olduğunu qeyd edib. E.Mədətli vurğulayıb ki, Ulu öndər nəinki güclü rəhbər, həm də dərin fəlsəfi düşüncəyə malik şəxsiyyət idi.
“Heydər Əliyevin siyasi irsi və yeni geosiyasi çağırışlar” adlı Respublika konfransı keçirilibADPU-nun prorektoru, fizika-riyaziyyat elmləri doktoru, prof. Asəf Zamanov “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”, Atatürk universitetinin professoru, f.e.d. Kərəm Karabulud “Azerbaycanın Atatürkü Haydar Aliyev”, f.e.d. Füzuli Qurbanov “Heydər Əliyevin enerji strategiyası: regional liderliyə aparan yol”, f.e.d., prof. Adil Əsədov “Etnogenez personalist fəlsəfə nöqteyi-nəzərindən və Heydər Əliyev”, siyasi.e.ü.f.d. Sənan Həsənov “Ulu Öndər Heydər Əliyevin ideyalarını reallığa çevirən Böyük Qayıdış”, siyasi.e.ü.f.d. Hüseyn İbrahimov “Ulu Öndər Heydər Əliyev siyasi plüralizmin və çoxpartiyalı demokratiyanın banisidir”, institutun elmi işçiləri
Xanımağa İsmayılova “Heydər Əliyev dövründə Azərbaycan qadınlarının ictimai həyatı” və Nailə Əlicanova “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda çıxış edərək fikir və mülahizələrini konfrans iştirakçıları ilə bölüşdülər.