AMEA Fəlsəfə və Sosiologiya İnstitutu qardaş Türkiyə Cümhuriyyətində baş vermiş təbii fəlakətlə bağlı Türkiyə xalqına və elmi ictimaiyyətinə müraciət ünvanlayıb
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu qardaş Türkiyə Cümhuriyyətində baş vermiş təbii fəlakətlə bağlı Türkiyə xalqına və elmi ictimaiyyətinə müraciət ünvanlayıb. Müraciətdə deyilir:
Əziz qardaşlarımız!
Azərbaycan və Türkiyə qardaşlığı bütün dünyaya nümunədir. Bu gün qarşıya çıxan bütün çətinliklərin aradan qaldırılması, iki qardaş xalqın bütün məqamlarda birlikdə olması ictimaiyyətimizin, o cümlədən də elm adamlarının sarsılmaz gücünün ifadəsidir.
Son günlər qardaş Türkiyə Respublikasında baş vermiş təbii fəlakətin nəticələri, insanların həlak olması, dəyən maddi və mənəvi ziyan Azərbaycan fəlsəfə ictimaiyyətini və alimlərimizi dərindən kədərləndirmişdir. Bu çətin anda Azərbaycan dövləti və xalqımız qardaş Türk xalqının bütün acılarına şərik olmuş, bütün istiqamətlərdə fəlakətin qarşısının alınmasında gücünü səfərbər etmişdir. Əmin olmalıyıq ki, bu sarsılmaz birlik, möhkəm iradə və milli gücümüz sayəsində tezliklə bütün çətinlikləri arxada qalacaqdır. Həlak olanların hər biri isə böyük itkimizdir. Allahdan onlara rəhmət, hamımıza səbr diləyirik. Bir daha belə fəlakətlərin qardaşlarımızdan uzaq olmasını arzulayırıq. Azərbaycan filosofları və sosioloqları öz vətənpərvər missiyaları ilə hər zaman olduğu kimi mənən və qəlbən bu gün də öz qardaşlarının yanındadırlar.
Yaşasın Azərbaycan Türkiyə birliyi!