Elm fədaisi və alicənab ziyalı...
Professor Əbülhəsən Abbasov - 70
Müasir Azərbaycan fəlsəfəsinin görkəmli nümayəndəsi, tanınmış ziyalı, elm fədaisi, dəyərli alim, qayğıkeş insan, fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov ömrünün 70-ci ilini salamlayır.
Filosofun incə təfəkkür tərzinin, dəmir məntiqinin, dərin intellektinin məhsulu olan çoxsaylı əsərlər fəlsəfə ictimaiyyətinə yaxşı tanışdır. Ə.Abbasovun fundamental əsaslara söykənən elmi yaradıcılıq diapazonu çoxşaxəli və genişdir: sistemlik-bütövlük nəzəriyyəsi, tənqidi-sinergetik təfəkkür konsepsiyası, funksional zaman-məkan konsepsiyası, polibifurkasion vəziyyətlər dinamikasının fəlsəfəsi, müasir açıq cəmiyyət konsepsiyası, sinergetik idarəetmə fəlsəfəsi, mürəkkəblik fəlsəfəsi, postneoklassik epistemologiya, ictimai meqatrend nəzəriyyəsi, milli maraqlar və milli ideologiya konsepsiyası, milli mentalitet nəzəriyyəsi, islahatlar fəlsəfəsi, meqabilik nəzəriyyəsi, insani-intellektual resursların idarə olunmasına dair baxışlar sistemi, tolerantlıq paradiqmasının fəlsəfəsi və s. Ə. Abbasov 1997-ci ildə hazırladığı müasir açıq cəmiyyət konsepsiyasına görə Mərkəzi Avropa Universitetinin fəxri professoru diplomuna layiq görülmüş, 2002-ci ildə isə təməlini qoyduğu postneoklassik epistemologiya və digər elmi nailiyyətlərinə görə Rusiya Elm və İncəsənət Akademiyasının müxbir üzvü seçilmişdir.
O, yüksək elmi nəticələrinə görə “Dünya professorları sülh uğrunda” beynəlxalq təşkilatına üzv seçilmişdir. Ə.Abbasov həm də əmək adamına, haqqa-ədalətə, sosial tarazlığa, ictimai nizama, milli adət-ənənəyə, doğma yurdun ruhuna, təbii özəlliklərinə olduqca həssas münasibətilə fərqlənən alimlərimizdəndir. Filosofu daim ictimai quruluş məsələləri, insan-cəmiyyət, vətəndaş-dövlət münasibətləri, hüquqi dövlət və vətəndaş cəmiyyətinin qarşılıqlı münasibətləri, cəmiyyətin bir mürəkkəb sistem kimi inkişaf dinamikası, sosial ədalətin təmin olunması problemi düşündürür. Mürəkkəb sistemlər, onların inkişaf dinamikası istiqamətində tədqiqatlara qərarlı olan Əbülhəsən müəllim, öncə sistemlilik və bütövlük problemlərilə, onların həlli zərurətilə məşğul olur. Qloballaşmanı xarakterizə edərək filosof yazır ki, ümumi götürdükdə, qlobal tarazlıq, ənənəvi balanslaşdırma qaydaları və şərtləri pozulmuş, geopolitik güc mərkəzləri, həmçinin, ənənəvi müttəfiqlik və tərəf-müqabillik transformasiyaya məruz qalmış, dövlət və milli suverenlik müstəvilərində, eynilə, ərazi bütövlüyü, sərhəd toxunmazlığı, siyasi və iqtisadi müstəqillik məsələlərində, xalqların müqəddaratının, maraqlarının müəyyənləşməsi problemlərində həlli çətin olan ziddiyyətlər yaranmışdır. İnkşaf etmiş dövlətlər tərəfindən həyata keçirilən ikili standartlara münasibətini bildirən filosofun fikrincə, böyük resurslara və imkanlara sahib olan ABŞ, “soyuq müharibə”dən sonra yeganə superdövlət və qlobal lider kimi, öz üzərinə düşən tarixi missiyanı – köklü surətdə dəyişmiş dünyada nizamyaradıcı funksiyanı, qlobal siyasi arxitektura yaratmaq vəzifəsini ödəyə bilməmiş, əksinə, ənənəviləşmiş mənfəətdar-merkantil rəqabət təfəkkürünün ətaləti məcrasında fəaliyyətini daha da sərt formada davam etdirərək, beynəlxalq davranış kodeksini (mövcud olanı) son dərəcə bərbad hala salmışdır. Hər yerdə və hamı üçün haqların, ədalətin, məqbul rifah halının, ümumi sülhün qərarlaşmasına təminat vermək, qaneedici yeni davranış kodeksinin aparıcı müəlliflərindən olmaq əvəzinə, ABŞ, qlobal hökmran-hakim rolunda çıxış edərək və hətta 1648-ci il Vestfaliya sülh müqviləsinin prinsiplərini istədiyi kimi pozaraq, öz hegemonçuluğunun gələcəyə transferinə hesablanmış əlahiddə maraqlarını həyata keçirməyə başlamışdır. Məşhur şirkətlərin dövlət siyasətinə müdaxilə etməsini tənqid edən professor bildirir ki, bu gün vəziyyət o həddə gəlib çatıb ki, dünyanın taleyinə dair qərarlar hökümət kabinetlərindən çox, transmilli korporasiyaların ofislərində qəbul edilir.
Adi görünən bu hal, əslində, dövlətlərin, xalqların, millətlərin, həmçinin, fərdlərin suverenliyinin öz mahiyyətinə cavab vermədiyini sübut edir. Hətta ABŞ-ın özünə gəldikdə, onun dövlət və millət suverenliyinin, eynilə, amerika cəmiyyətində xalqın və şəxsin suverenliyinin şübhə altında, etibarsız olduğunu anlamaq çətin deyil. Demokratiya adı altında öz maraqlarını həyata keçirən gücləri tənqid edən filosof bildirir ki, qlobal demokratiya carçılarının dünyaya yeritdikləri “birinci”, “ikinci” və “üçüncü” demokratiya dalğaları (indi “dördüncü”dən də danışırlar!), bir qayda olaraq, bu dəyərlərin mahiyyəti üzrə qərarlaşmasını deyil, onların vasitəsilə məkrli oyunlar qurmaq, manipulyasiya imkanları qazanmaq, “müstəqiləm!” deyən xalqlara və dövlətlərə kəmənd atmaq, onları çaşdırmaq, bir-birinə qarşı qoymaq, milli hakimiyyətlərin xalqla təmasını, ünsiyyətini qarşılıqlı nifrət, etibarsızlıq üzərində kökləməklə hər iki tərəfi özündən asılı etmək, bəribaşdan onların – həm xalqın, həm də hakimiyyətin – suverenliyini qansız-qidasız qoymaq, kövrək və dayanıqsız etmək, hər cür hiylə ilə dirçəliş və tərəqqi nəfəsliklərini kəsmək, “bizdən olmayan” çoxluğu ruhsuz mənəviyyatsızlıq burulğanında boğmaq, ali varlıq deyilən insanı pyedestalından salmaq, bayağı deyib-gülən, zövqsüz və idraksız məxluqa çevirmək məqsədi güdmüşdür.
Millətləşmə, bütövləşmə, demokratikləşmə arzusunda olan toplumlara məbadə belə imkanlar yaratmaq, əksinə, bu arzu-eşqdən daha da uzaqlaşdırmaq, elə etmək ki, məzlum xalqlar faciələrini seyr edib elə öz zalımlarından da imdad diləsinlər. Professorun fikrincə, “millət”, hər şeydən öncə, siyasi-hüquqi, tarixi-mədəni birlik formasıdır; onun vahid hüquqi məkanı, siyasi və dövlətçilik mədəniyyəti, ictimai tərəqqi və ümumi mənafe amalına söykənən idarəetmə fəlsəfəsi, mənəvi adət və ənənələri olur. Deməli, millətləşmə, başlıca olaraq, siyasi və hüquqi şüur səviyyəsində yüksək tarixi-mədəni-mənəvi birlik formasının mövcudluq üsu¬lu-dur. Millətləşmə – etnik müəyyənləşməni siyasi və hüquqi müəyyənləşmə səviyyəsinə, milli bütövlük dərəcəsinə yüksəldən prosesdir. Millətləşmə – əqli-intellektual, ruhi və fiziki gümrahlaşma, intibaha qovuşma yoludur. Bu intibah millətin hüquq və şərəfini müdafiə etməyə qadir güc, bir-birinə və dünyaya hörmət, məhəbbət deməkdir. “Millət”in öz fəlsəfəsi və ideoloji baxış bucağı, məfkurə suverenliyi olur, koqnitiv dissonaslıq burulğanında vurnuxmur. Ayrı-ayrı filosofların ümumdünya fəlsəfəsinə verdikləri töhfələr bundan ibarət olmuşdur ki, insanları, xalqları və cəmiyyətləri azadlığa yetişdirmək üçün müvafiq baxışlar sistemi, nəzəriyyələr ortaya qoysunlar, ictimai praktika üçün müfəssəl zəminlər yaratsınlar. Diqqətlə nəzər yetirsək görərik ki, bu missiyanın yükü altında çalışıb, zəhmət çəkmişlər heç də az olmayıb: Əl-Fərabi və İbn Xaldundan tutmuş Herderə, Kanta və Fixteyə, Şellinq və Hegelə, Marksa və Engelsə, Toynbi və Habermasa kimi. Bütün elmi-yaradıcılıq fərqlərinə, səciyyəvi xüsusiyyətlərə baxmayaraq, biz bütün bu korifeylərə minnətdar olmalıyıq. İndinin özündə də bu bəşəri xəzinədən bəhrələnmək üçün kifayət qədər əsas və zərurət var. Müasir dünyanın yenidən formatlaşması dövründə bu zərurət daha da qabarıq özünü göstərir.
Məqsədi insanları azadlıq üçün yetişdirməkdən və bununla onları xoşbəxt etməkdən ibarət olan nəzəriyyə və təlimlərin yaradılması, əslində, hansısa yeni rasionallıq şəbəkəsinin, epistemoloji paradiqmanın işlənilməsi və təklif edilməsi deməkdir. Bu missiya qətiyyən xoş arzu və niyyətlər toplusunu ortaya atmaqdan, tarixi hadisələrin xronologiyasını verməkdən, səlnamə yaratmaqdan ibarət deyil. Birmənalı olaraq deyə bilərik: burada təqdim olunan nəticə köhnə biliyin yox, mütəfəkkir tərəfindən generasiya olunmuş yeni biliyin məhsuludur. Köhnə bilik elementləri yeni bilgilər sistemini yaratmaq üçün yalnız vasitələrdən biri ola bilər. Fundamental əsaslara söykənən yeni bilik sistemini isə yalnız epistemoloji yəqinlik şərtləri daxilində yaratmaq mümkündür. Bu, o deməkdir ki, qnoseoloji zəminlər, metodoloji yanaşmalar, məntiqi qanunauyğunluqlar və aksioloji məqamlar baxımından bir müəyyənləşmə var. Professor Əbülhəsən Abbasovun yeni dünya nizamının formalaşmasını, elmin və cəmiyyətin inkişaf vektorunu, optimal ictimai meqatrendləri müəyyənləşdirən dəyərli fikirləri başqa alimlər tərəfindən daha da inkişaf etdirilmiş və zənginləşdirilmişdir. Cəmiyyətimiz üçün aktual olan mövzular üzərində işləməyi gənclərimizə tövsiyə etməklə bərabər, onlara bu istiqamətdə tədqiqat aparmaq üçün elmi idrakın incəliklərini aşılayır, yeni bilgi və məlumatlar verir, optimal yollar göstərir, təşkilati köməkliklər edir. Gənclərimizə daha məsuliyyətli işləməyi, məhsuldar təhlillər aparmağı, milli özünüdərk zəminində yeni elmi nailiyyətlərə yiyələnməyi, öz növbəsində, dünya elminə töhfələr verməyi həm tövsiyə edir, həm də öyrədir, onları gənclərimizi milli özünüdərk fəlsəfəsinin əsaslarını mənimsəməyə dəvət edir.
Alimin müxtəlif jurnal və toplularda dərc olunmuş 250-dən artıq elmi məqaləsi ictimaiyyətin ixtiyarına vermiş, 80-ə qədər tematik kitab və kollektiv monoqrafiyaların həmmüəllifi və elmi redaktoru kimi biliyini sərgiləmişdir. Bu əsərlərdə də alim milli fəlsəfənin statusu və tədrisi, milli ideologiya və ictimai rəy məsələlərini araşdırmış, insan hüququ, müasir islahatların ümumfəlsəfi əsaslarını, epistemoloji sistemini, aparıcı ideya və prinsiplərini işləmiş, qeyri-səlis məntiqin postneoklassik elmi paradiqmanın formalaşmasında, müasir texnologiyaların inkişafında yeri və rolu haqqında maraqlı fəlsəfi fikirlər söyləmişdir. Beynəlxalq tribunalardakı çıxışlarında filosof Azərbaycanın haqq səsini bəyan etmiş, həqiqətləri söyləmiş, inandırıcı dəlillərlə fikirlərini əsaslandırmış, özünün ziyalı-vətəndaş borcunu layiqincə yerinə yetirmişdir. Dünyada baş verən hadisələrin, şiddətlənən geosiyasi proseslərin dərin təhlilini aparmaq gücündə olan filosofu həmişə bir başlıca məqsəd – dramatik zəmanənin od-alovundan, aşkar və gizli təhlükələrindən Azərbaycanı qorumaq, ölkənin milli maraqlarının, xoşbəxt güzaranının təmin olunması istiqamətində ciddi elmi zəmin yaratmaq, etibarlı perspektivə yol açmaq – qayğılandırır. Vətənpərvər filosofu yubileyi münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları, tutduğu ədalət yolundasağlıqlı illər arzu edirik.
Zeynəddin Şabanov
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent