“Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası ” şöbəsinin elmi işçisi Hafizə İmanova elmi hesabatla çıxış etmişdir
Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin elmi işçisi Hafizə İmanova 4-31 yanvar 2023-cü il tarixlərində Hindistanın Dehli şəhərində Milli Əmək İqtisadi Araşdırmalar və Tədqiqat İnstitutunda "Dayanıqlı inkişaf hədəfləri: kompleks yanaşma" proqramı üzrə keçdiyi elmi tədqiqat və təcrübəsini Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları ilə bölüşdü. Seminarı İnstitutun baş direktoru prof. İlham Məmmədzadə əməkdaşları salamlayıb açaraq Dayanıqlı inkişafın hədəflərinin Azərbaycan və dünya ölkələri üçün zərurətindən bəhs etdi. O, Hafizə İmanovanın Hindistanda keçdiyi proqramın istər onun elmi işinə istərsə də iqlim sahəsindəki tədqiqatına verəcəyi töhfənin əhəmiyyətindən danışdı. Prof. İlham Məmmədzadə sözü Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, prof. Sakit Hüseynova verdi. Prof. Sakit Hüseynov elmi rəhbəri olduğu məruzəçiyə uğurlar arzulayıb öz tövsiyyələrini verdikdən sonra sözü Hafizə İmanovaya verdi. Hafizə İmanova öz çıxışını prezentasiya formatında təqdim edərək həm analitik və müqayisəli şərhlər təqdim etdi, həm də Hindistanın tarixi memarlıq abidələrinin rəsmlərini əməkdaşlarla paylaşdı. Məruzəçi Hindistanın tanınmış elm adamlarından aldığı dərslər boyunca öyrəndiyi səhiyyə, elm və ekologiya sahəsindəki bilik və təcrübələrini bölüşərək eyni zamanda dayanıqlı inkişafın kompleks həlli üçün zəruri addımları da qeyd etdi. Qeyd edək ki, Hafizə İmanova tədqiqat zamanı Azərbaycanın milli-mənəvi dəyərləri, qədim tarixi, milli simvolları, eləcə də yenicə işğaldan azad edilmiş Qarabağ və Qarabağda həyata keçirilən "ağıllı şəhər", "ağıllı kənd" layihələri haqqında da prezentasiya hazırlamış və Dehlidə təlim keçdiyi müəllim heyəti və proqramda iştirak edən 26 ölkənin dövlət nümayəndələrinə təqdim etmişdir. Proqram iştirakçıları Azərbaycanın qədim tarixi, Qobustan qayaları, Yanardağ, Qız Qalası, paytaxt şəhərimiz Bakı haqqında, eləcə də zəfər qələbəsi və dayanıqlı inkişaf istiqamətində gördüyü işlər haqqında məlumatlandırılmış və Azərbaycan milli musiqisini dinləyib, milli rəqsini izləmişlər. Hafizə İmanova eyni zamanda proqram çərçivəsində Hindistanlı müəllimlərin tapşırığı üzrə Azərbaycanın pandemiya zamanı həyata keçirdiyi örnək olacaq tədbirlər haqqında da çıxış etmişdir. O, ölkə prezidenti, müzəffər ali baş komandan cənab İlham Əliyevin Azərbaycan dövlətini inkişaf etdirmək istiqamətində apardığı güclü siyasət və iradənin zəfər qələbəmizdə necə böyük rol oynamasından da proqram iştirakçılarına bəhs etmiş və bunu əməkdaşlarımızla bölüşərək hər birimizin beynəlxalq arenada bu həqiqətləri çatdırmağın mənəvi borcumuz olduğunu qeyd etdi. Qeyd edək ki, Hafizə İmanova hal-hazırda "İqlim dəyişmələrinin sosial təsirlərinin fəlsəf təhlili" mövzusu üzrə dissertasiya üzərində çalışır və Dayanıqlı inkişafın 13-cü hədəfi olan İqlimlə mübarizə çərçivəsində qazandığı təcrübəni də İnstitutun əməkdaşları ilə bölüşdü. O, Hindistanın Dehli şəhərində yerləşən Ekologiya, İqlim və Meşəçilik nazirliyində olmuş, nazir və nümayəndələrinin hazırladığı məruzələri dinləmiş və nazirliyin nümayəndələrinə həm Azərbaycanda iqlimlə mübarizədə aparılan işlərdən bəhs etmiş, həm də nazirliyə Hindistan hökumətinin bu sahədə gördüyü işlər haqqında suallar ünvanlamışdır. Hafizə İmanova bundan başqa Birləşmiş Millətlərin Dehlidə yerləşən baş ofisində iştirak etmiş və Azərbaycan da daxil olmaqla 27 ölkənin nümayəndələrinə "Dayanıqlı inkişaf hədəfləri" mövzusunda verilən təqdimat və çıxışları dinləmişdir.
Hafizə İmanova eyni zamanda Dehlidə yerləşən Mahatma Ghandi muzeyinə olan səfərdən bəhs edərək Ghandinin Hinsitan tarixində qoyduğu izlər və Ghandinin yürütdüyü ideologiya və fəlsəfədən danışaraq bu şəxsiyyətin bir zamanlar Azərbaycana olan səfərini də Dehlidə müəllim heyətinə və beynəlxalq həmkarlarına bildirmişdir.
Hafizə İmanova Hindistanın Caypur və Agra şəhərlərinə də proqram çərçivəsində səfər etmişdir. O, Caypur İdarəetmə İnstitutunda 2 günlük elmi konfransda iştirak etmiş və İnstitutun rektorunun "Xoşbəxtlik fəlsəfəsi" haqqındakı məruzəsini dinləmişdir. Qədim Hind fəlsəfəsinə görə, dünyanı dəyişməyin yolu ilk öncə insanın şüurunun təkamülü və özünüinkişafdan başlayır, mənəvi olaraq xoşbəxt olmayan insan isə ətrafına fayda və töhfə verə bilməz. Məhz bu nüansların əhəmiyyətinə varan insanlar və cəmiyyətlər inkişaf edə bilər. Dayanıqlı inkişafa kompleks yanaşma mövzusunda davam edən 2 günlük beynəlxalq konfrans sertifikatların təqdimatı ilə başa çatmışdır.
Seminar İnstitut əməkdaşları tərəfindən böyük maraqla qarşılanmış və elmi müzakirə və suallarla başa çatmışdır.