“Azərbaycanın qazlaşdırılması və qaz təsərrüfatının istismarı (1955—1970). Tarixi-sosioloji araşdırma” adlı monoqrafiya Rusiya Dövlət Kitabxanasının elektron bazasına daxil edilib
AMEA Fəlsəfə və Sosiologiya institutunun 12 iyun 2020-ci il tarixli qərarı ilə (3 No-li protokol) “Sosiologiya” şöbəsinin baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Aydın Əlizadənin “Azərbaycanın qazlaşdırılması və qaz təsərrüfatının istismarı (1955—1970). Tarixi-sosioloji araşdırma” adlı monoqrafiyası çapa tövsiyə edilmiş və həmin ildə Bakıda dərc olunmuşdur. Monoqrafiya daha çox Azərbaycan Dövlət Arxivi və SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin arxivində saxlanılan sənədlərin, eləcə də tədqiq edilən dövrün mətbuat materiallarının əsasında yazılmışdır.
Monoqrafiyada Azərbaycanın təsərrüfat həyatında önəmli yer tutan qaz infrastrukturunun yaranması və inkişafının müxtəlif aspektləri tarixi-sosioloji baxımdan araşdırılmışdır. Bizim zamanımızda həmin sahənin uğurları keçmiş illərdə gedən proseslərə bağlıdır və bu baxımdan araşdırma aktualdır. Qeyd edilməlidir ki, qaz təsərrüfatına dair öncəki illərdə tarixi-sosioloji araşdırma aparılmamış və bu baxımdan tədqiqat yenidir. Müəllifin araşdırmalar nəticəsində gəldiyi nəticəsinə görə 2020-ci ildə Azərbaycanın qazlaşdırılmasının və bu sahəyə rəhbərlik etmiş ilk vahid idarəetmə strukturu olan Baş Qaz İdarəsinin (“Azəriqaz İB” məhz o qurumun varisidir) təsis olunmasının 60-cı il dönümü olmuş və bu münasibətlə də monoqrafiyahəmin ildə dərc edilmişdir.
Monoqrafiyaya geologiya-mineralogiya elmləri doktoru Rahid Rəhmanov və tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyevdən başqa həm də SOKAR-ın “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev də müsbət rəy vermişdir. Monoqrafiyanın elmi redaktoru sosiologiya elmləri doktoru, BDU “Sosiologiya” kafedrasının müdiri professor Rəfail Həsənovdur. Monoqrafiya çap ediləndən sonra SOKAR-ın Qaz İxrac idarəsinin rəisi Əkbər Hacıyev bu münasibətlə Fəlsəfə və Sosiologiya İnstitutuna təşəkkür məktubu yollamışdır. Həmin rəylərin alınması və tədqiqatı praktiki cəhətdən istehsalat sahələrinə yönəltmək üçün institutun direktoru, professor İlham Məmmədzadə adı çəkilən qurumlarla rəsmi yazışmalar aparmışdır. Monoqrafiyanın elektonvariantı Azərbaycan Milli Kitabxanasında yerləşdirilmişdir.
Monoqrafiyanın müəllifi Aydın Əlizadə keçmişdə qaz təsərrüfatının işçisi olmuş, çilingərdən sahə rəisinə qədər müxtəlif vəzifələrdə işləmişdir. Həmçinin o, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda “İstilik Qaz təchizatı” ixtisası üzrə ali təhsil almışdı. Buna görə də qaz təsərrüfatında keçmiş illərin idarəçilik strukturu, işin təşkili, kadr siyasəti və başqa aspektlər haqqında bilgilidir. Buna görə də monoqrafiya akademik elmin və istehsalat sahəsinin birgə məhsulu kimi dəyərləndirilə bilər, praktiki əhəmiyyətə malikdir. Həmçinin tədqiqat, Sosiologiya elm sahəsinə aid olduğu ilə bərabər həm də texniki və tarix elmlərinin qovşağında aparılmış fənlərarası araşdırmadır.
Monoqrafiya dərc ediləndən sonra müəllif tərəfindən rus dilinə tərcümə edilib və 2023-cü ilin əvvəlində Moskva şəhərində dərc edilərək Rusiya Dövlət Kitabxanasının elektron bazasına daxil edilib. Bu barədə Rusiya Dövlət Kitabxanası ilə müəllif arasında rəsmi müqavilə bağlanmışdır. Beləliklə, elmi əsər daha geniş elmi-kütləvi məkana çıxmaq imkanını qazanmış, xarici oxucu və alimləri Azərbaycanın təsərrüfat həyatının sosioloji aspektləri ilə tanış edəcək. Xüsusilə qeyd edilməlidir ki, monoqrafiya Rusiya Dövlət Kitabxanasının elektron bazasına AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun yayımı kimi təqdim edilib.
Monoqrafiyanın Rusiya Dövlət Kitabxanasının elektron bazasında bu ünvanda yerləşir, maraqlananlar monoqrafiya ilə burada buradan tanış ola bilərlər.