24.02.2023, 10:10 - Baxış sayı: 317

Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib


Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirilibTədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış edib. Çıxışında Azərbaycan xalqının başına gətirilən faciələrdən danışıb. Bu faciələr içərisində 1905, 1918 və 1992-ci ildə törədilən qırğınlara diqqət çəkən İlham Məmmədzadə Xocalı faciəsinin 1918-ci il soyqırımlarının birbaşa davamı olduğunu qeyd edib. Alimin sözlərinə görə, bu faciələr müxtəlif tarixlərdə olsa da, ancaq eyni düşmən tərəfindən törədilib və bütün baş vermiş bu faciələrin tarixi yaddaşda özünə yer tutub.
İ.Məmmədzadə soyqırım ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının böyük rolu olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra institutun əməkdaşlarından f.e.d., professor Azər Mustafayev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli, f.ü.f.d., Əli İbrahimov, f.ü.f.d., dosent Məhəmməd Cəbrayılov, f.ü.f.d., Hüseyn İbrahimov və digər çıxışçılar erməni silahlı qüvvələrinin qəddar əməllərindən, Dağlıq Qarabağda törətdikləri vəhşiliklərdən, böyük qələbəmizin insanlara gətirdiyi müsbət əhval ruhiyyədən söz açıblar.
Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib