09.03.2023, 08:27 - Baxış sayı: 249

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən tədbirdə iştirak etmişlər

Heydər Əliyev adına Hərbi İnstitutda “Heydər Əliyev 100: Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur” mövzusunda tədbir keçirilib. Tədbirə Hərbi İnstitutun rəhbərliyi, zabit heyəti, hərbçilər, almilər və ictimai xadimlər yazıçılar qatılmışlar. İnstitutun dəvəti ilə YAP AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, Qarabağ Müharibəsi iştirakçısı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Fikrət Nəbiyev tədbirə qatılmışlar. Sənan Həsənov tədbirdə “Azərbaycançılıq ideologiyasında vətənpərvərlik düsturu” mövzusunda geniş çıxış etmişdir.
Tədbirdə digər yazıcı və ictimai xadimlərin əsərlərində vətənpərvərlik mövzusuna və yazıçı Sadıx Qarayevin əsərlərində azərbaycancılıq motivlərinə dair məruzə və nitqlər dinlənilmişdir. Hərbi İnstitutuun rəhbərliyi Fəlsəfə və Sosiologiya İnstitutunun alimlərinə təşəkkür etmiş və elmi əməkdaşlığın hərbi kadrların siyasi biliklərinin formalaşmasındakı əhəmiyyətinə diqqət çəkərək bundan sonra da zəruri olduğunu bildirmişlər.