09.03.2023, 11:46 - Baxış sayı: 361

AMEA Fəlsəfə və Sosiologiya İnstitutu əməkdaşlarının iştirakı ilə Beynəlxalq seminar keçirilmişdir


AMEA Fəlsəfə və Sosiologiya İnstitutu əməkdaşlarının iştirakı ilə Beynəlxalq seminar keçirilmişdirAMEA Fəlsəfə və Sosiologiya İnstitutu əməkdaşlarının iştirakı ilə "Şüur, mədəniyyət və gender bərabərliyi: fəlsəfi-metodoloji yanaşma" adlı Beynəlxalq seminar keçirilmişdir. Seminarı AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru f.e.d.,prof. İlham Məmmədzadə giriş sözü ilə açaraq,” Mədəniyyətdə genderin fəlsəfi metodoloji yanaşma kontekstində öyrənilməsi problemi” mövzusunda məruzə ilə çıxış etdi.
Tədbirdə Bolqarıstan Elmlər Akdemiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini prof. B.Todorova və Atatürk Universitetinin professoru K.Karabulut “Qadın məşğulluğunun əhəmiyyəti”, f.ü.f.d., dos. S.Həsənova, “ Müasir Azərbaycanın gender siyasəti”, dos. Z.Əliyeva “ Gender bərabərsizliyinə müxtəlif yanaşmalar” haqqında, dos.A.Nakova “Bolqarıstanda etnik ailələrdəki dəyərlər”, f.ü.f.d. S.Dadaşova “Gender bərabərliyi və sosial ədalət” mövzu ilə bağlı çıxış etdilər.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu əməkdaşlarının iştirakı ilə Beynəlxalq seminar keçirilmişdir