13.03.2023, 11:28 - Baxış sayı: 445

“Heydər Əliyev və azərbaycançılıq konsepsiyası” mövzusunda Elmi Konfrans keçirilib


“Heydər Əliyev və azərbaycançılıq konsepsiyası” mövzusunda Elmi Konfrans keçirilib13 mart AMEA Rəyasət Heyətinin, Fələsəfə və Sosiologiya İnstitutunun, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun “Heydər Əliyev və Azərbaycançılıq konsepsiyası” mövzusunda Elmi Konfrans keçirildi. Konfransı giriş sözü ilə açan AMEA-nın prezitenti, akademik İsa Həbibəyli konfrans iştirakçılarını salamlayaraq, 2023–cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar olaraq hazırlanan Tədbirlər planı haqqında geniş məlumat verdi. “Heydər Əliyev və azərbaycançılıq konsepsiyası” mövzusunda Elmi Konfrans keçirilibAkademik Ümummilli Lider Heydər Əliyevin nəsillərə nümunə olan mənalı ömür yolundan geniş bəhs edərək, onun gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyasından, ideologiyanın kökündə millətçiliyin deyil vətəndaşlığın dayandığını bildirdi. Bu baxımdan azərbaycançılıq Azərbaycanda yaşayan azərbaycanlılar üçün deyil, eyni zamada harada yaşamasından asılı olmayaraq, bütün dünya azərbaycanlılarının milli-mənəvi dəyərlərini ifadə edən bir ideologiyadır.
“Heydər Əliyev və azərbaycançılıq konsepsiyası” mövzusunda Elmi Konfrans keçirilibSonra AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, müstəqil müasir Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, alimlərə verdiyi dəyərdən danışıb.
“Heydər Əliyev və azərbaycançılıq konsepsiyası” mövzusunda Elmi Konfrans keçirilibKonfransda Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə “Heydər Əliyevin siyasi irsi və vətənpərvərlik” mövzusuda məruzəsilə çıxış etdi.
Professor bildirib ki, azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideya halına gəlməsi, Ümümmilli lider Heydər Əliyevin tarixi xidmətidir. Görkəmli şəxsiyyətlərin və indiki halda Ümummilli liderin iradə və zəkası, onun şəxsi vətənpərvərliyi, vətəndaşları Vətən və dövlətin müdafiəsi ideyası ətrafında birləşdirə bilməsi vətəndaşların fikir ayrılığından daha önəmli idi. Xatırladaq ki, O, azərbaycanlı olmağı ilə fəxr etdiyini vurğulayaraq, bütün məsuliyyəti öz üzərinə götürmüşdü. Mahiyyət etibarı ilə bu artıq yüksək bir missiyadır- deyə İ.Məmmədzadə bildirdi.
“Heydər Əliyev və azərbaycançılıq konsepsiyası” mövzusunda Elmi Konfrans keçirilibKonfrans iştirakçıları f.e.d.,professor Rəna Mirzəzadə “Heydər Əliyev siyasi məktəbinin Liderlik dərsləri və Azərbaycançılıq”, t.e.d., prof. Mais Əmrahov “Heydər Əliyevin azərbaycançılıq ideologiyasında milli təhsilin prioritetləri”, f.e.d. Ziba Ağayeva “Heydər Əliyevin “Heydər Əliyev və azərbaycançılıq konsepsiyası” mövzusunda Elmi Konfrans keçirilibAzərbaycançılıq fəlsəfəsi və milli-mənəvi dəyərlər”, t.e.d.,dosent Mübariz Ağalarlı “azərbaycançılıq məfkurəsinin tarixi-siyasi əsasları və onun milli ideologiyaya çevrilməsi”, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, “Heydər Əliyevin siyasi irsi- bölgədə və dünyada yeni çağırışlar”, f.ü.f.d.,dosent Əntiqə Paşayeva “Heydər Əliyev və milli dövlətçilik ideyası : milli dövlətçiliyin ictimai-siyasi, hüquqi və etnik prinsipləri”, tarix üzrə fəlsəfə doktoru, dosent. Alı Balayev “Heydər Əliyev və azərbaycançılıq ideologiyasının təməl prinsipləri”, s.e.ü.f.d., dosent Günel Məlikli “Heydər Əliyevin siyasi irsi Azərbaycan Milli Elmlər “Heydər Əliyev və azərbaycançılıq konsepsiyası” mövzusunda Elmi Konfrans keçirilibAkademiyasına bəxş edilmiş böyük töhfədir” məruzələri ilə başqaları da çıxış etdilər.
“Heydər Əliyev və azərbaycançılıq konsepsiyası” mövzusunda Elmi Konfrans keçirilib
“Heydər Əliyev və azərbaycançılıq konsepsiyası” mövzusunda Elmi Konfrans keçirilib
“Heydər Əliyev və azərbaycançılıq konsepsiyası” mövzusunda Elmi Konfrans keçirilib
“Heydər Əliyev və azərbaycançılıq konsepsiyası” mövzusunda Elmi Konfrans keçirilib
“Heydər Əliyev və azərbaycançılıq konsepsiyası” mövzusunda Elmi Konfrans keçirilib