15.03.2023, 09:28 - Baxış sayı: 247

“Heydər Əliyevin xarici siyasətinin üstün istiqamətləri” mövzusunda seminar keçirilib


“Heydər Əliyevin xarici siyasətinin üstün istiqamətləri” mövzusunda seminar keçirilibMartın 15-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbəsi ilə “Siyasətin fəlsəfəsi və Sosiologiyası” şöbəsinin birgə seminarı keçirilib. Seminarda institutut əməkdaşları ilə yanaşı “Siyasətin fəlsəfəsi və Sosiologiya” şöbəsində elmi təcrübə keçən Slavyan Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin IV kurs tələbələri də iştirak edirdi.
Seminarda Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli “Heydər Əliyevin xarici siyasətinin üstün istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib. Sonda seminar iştirakçıları və tələbələr onları maraqlandıran suallarla Eynulla Mədətliyə müraciət edərək, mövzu ətrafında müzakirə aparıblar.
“Heydər Əliyevin xarici siyasətinin üstün istiqamətləri” mövzusunda seminar keçirilib