Gənc alim, dosent Günel Məlikli sertifikatla təltif edilib
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Rusiyanın Kazan şəhərində keçirilən “Elmi texniki tərəqqi müasir cəmiyyətin inkişaf mexanizmi kimi” adlı Beynəlxalq Elmi-Praktiki konfransda “Pensiya sistemi dövlət siyasətinin tərkib hissəsi kimi” məruzəsi ilə çıxış etmiş və fəal iştirakına görə sertifikatla mükafatlandırılmışdır.