28.03.2023, 11:05 - Baxış sayı: 346

Elm gününə həsr olunmuş “Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” mövzusunda elmi konfrans keçirilib


Elm gününə həsr olunmuş “Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” mövzusunda elmi konfrans  keçirilibMartın 28-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Elm gunu”nə həsr olumuş “Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” mövzusunda Respublika konfransı keçirildi.
Konfransı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq tədbir iştirakçılarını “Elm günü” münasibətilə təbrik etdi.
Elm gününə həsr olunmuş “Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” mövzusunda elmi konfrans  keçirilibSonra Akademik Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən ölkəmizdə 27 Mart – Elm Gününün təsis edildiyini xatırladaraq bu əlamətdar günün təkcə AMEA-ya deyil, həmçinin Elm və Təhsil, Səhiyyə, İqtisadiyyat, Kənd Təsərrüfatı və digər nazirliklərin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutlarına, ümumilikdə respublikanın bütün elmi qurumlarına və ali məktəblərinə aid olduğunu söylədi. AMEA prezidenti elmi-texniki nailiyyətlərin ölkənin sosial-iqtisadi inkişafına kömək etməli olduğunu, süni intellektin insan fəaliyyətinə adekvat olan avtomatlaşdırılmış modellərin yaradılmasını və bu sahə üzrə tədqiqatların aparılmasının zəruriliyini vurğuladı. Daha sonra fəlsəfə və sosiologiya elmlərinin qarşılıqlı əlaqələri, nəzəriyyələri, inkişaf yolları haqqında geniş məlumat verərək sosiologiya elminin ölkəmiz üçün faydalı olduğunu və bu elmin inkişafı üçün əlimizdən gələni etməli olduğumuzu vurğulayıb.
Elm gününə həsr olunmuş “Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” mövzusunda elmi konfrans  keçirilibAkademik İsa Həbibbəyli çıxışının sonunda Elm günü münasibətilə alimlərə gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Daha sonra AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru f.e.d.,prof. İlham Məmmədzadə süni intellekt və rəqəmsal sosiologiya, virtual laboratoriya-fələsə qarşılıqlı əlaqələrinin aspektində hansı yöndə inkişaf etdirilməsi üzərində düşünməyin vacibliyini vurğulayaraq, süni intellektin bundan sonra da fəlsəfi araşdırılmasının daha geniş davam etiriləcəyini qeyd etdi.
Elm gününə həsr olunmuş “Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” mövzusunda elmi konfrans  keçirilibSonra Atatürk Universiteti, professor, dr.Kerem Karabulut “Dördüncü sanayi devrimi, Türkiyə və Azərbaycan”, 4SİM, Dördüncü Sənaye Inqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev “Rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye Inqilabında çağırışlar”, AMEA Fəlsəfə və Sosilologiya İnstitutunun f.e.d., prof. Rəna Mirzəzadə “ Dördüncü Sənaye Inqilabı və dövlətlərin milli strategiyalarında süni intellekt”, Rəqəmsal İqtisadiyyat şöbəsinin rəisi Cavid Abdullayev “Süni intellektin dövlət sektorunda tətbiqi”, Monqolustan, Ph.D., professor T. Uqanbayar “Dəyişən mühitdə Monqolustanın ali təhsil müəssisə üzvləri arasında liderliyin ideal tərzi”, AMEA Fəlsəfə və Sosilologiya İnstitutunun f.e.d., Füzuli Qurbanov “Sənaye inqilabı 4.0 və sosial-mədəni identiklik: refleksiv epistemoloji yanaşma”, Yıldırım Bayazit Unuversiteti dr. Mehtap Elm gününə həsr olunmuş “Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” mövzusunda elmi konfrans  keçirilibDoğan “Yapay zeka ve Ahlak”, AMEA Fəlsəfə və Sosilologiya İnstitutunun f.ü.f.d., Məhəmməd Cəbrayılov “Texnoloji determinizm nəzəriyyəsində süni intellekt dövrü və texniki sinqulyarizm”, AMEA Fəlsəfə və Sosilologiya İnstitutunun f.e.d.,Səadət Məmmədova “Rəqəmsal sosiologiyanın konseptual əsasları”, AMEA Fəlsəfə və Sosilologiya İnstitutunun f.ü.f.d., Zöhrə Əliyeva, “Dördüncü Sənaye Inqilabı dövründə insanla maşının əməkdaşlığı”, AMEA Fəlsəfə və Elm gününə həsr olunmuş “Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” mövzusunda elmi konfrans  keçirilibSosilologiya İnstitutunun f.ü.f.d., Samirə Dadaşova “Rəqəmsal sosiologiya və yeni tədqiqat metodları”, AMEA Fəlsəfə və Sosilologiya İnstitutunun f.ü.f.d., Elnur Rüstəmov “Dördüncü sənaye inqilabında sosial psixologiyanın yeri və rolu”, AMEA Fəlsəfə və Sosilologiya İnstitutunun elmi işçisi Kamran Məmmədov “Süni intellekt-elmi və siyasi yanaşma”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Prezident İlham Əliyevin rəhbərliyilə Azəbaycan süni intellekt sahəsində lider qrupuna daxil olaraq innovasiyaların əsas mərkəzinə çevriləcək” mövzularında məruzələri ilə çıxış etdilər.