“Azərbaycan fəlsəfə tarixi” şöbəsində seminar keçirilib
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Azərbaycan fəlsəfə tarixi şöbəsində “Əli bəy Hüseynzadənin fəlsəfi dünyagörüşündə Qərb dəyərlərinə münasibət” mövzusunda elmi seminar keçirilib. Seminarı giriş sözü ilə açan İnstitutun Azərbaycan fəlsəfə tarixi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Arzu Hacıyeva görkəmli Azərbaycan mütəfəkkiri, ideoloq, ictimai xadim Əli bəy Hüseynzadəni hərtərəfli istedadlı şəxsiyyət kimi xarakterizə edərək, Azərbaycan fəlsəfə düşüncəsinin inkişafında müstəsna xidmətlərini qeyd etmiş, onun şəxsiyyətinə və ədəbi, siyasi, fəlsəfi irsinə zaman-zaman münasibətin dəyişməsinin, xüsusilə sovet dövründə qatı pantürkist kimi damğalanaraq, haqsız iftiralara uğramasının səbəblərini göstərib. Ayrıca mütəfəkkirin özündən sonra qoyduğu zəngin fikir irsinin dərindən araşdırılmasına ehtiyac olduğunu vurğulayıb.
Sonra şöbənin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad Əsgərov “Əli bəy Hüseynzadənin fəlsəfi dünyagörüşündə Qərb dəyərlərinə münasibət” adlı məruzə ilə çıxış edib. Əli bəy Hüseynzadənin Qərb dəyərlərinə münasibətində Qərb və Şərq mədəniyyətlərinin dialoqu, bəşəri dəyərlər prinsiplərindən çıxış etdiyini deyən məruzəçi mütəfəkkirin qərb modeli və ya avropalaşma modeli haqqında təsəvvürlərinin öz əksini tapdığı əsərlərini şərh edib, həmçinin onun Avropa və rus ədib və filosoflarının tanıtması sahəsində maarifçilik fəaliyyətinə toxunub.
Seminarda İnstitutun “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi”, “Sosial fəlsəfə və ekoloji problemlər” şöbələrinin əməkdaşları iştirak edib. Fəlsəfə elmləri doktoru Arzu Hacıyeva, fəlsəfə üzrə fəlsəfə doktorları Faiq Ələkbərli, Nicat Məmmədov, Müstəqil Ağayev, f.ü.f.d. Zaur Rəşidov, elmi işçi Xanımağa İsmayılova, f.e.d. Ziba Ağayeva, f.ü.f.d. Əli İbrahimov, f.ü.f.d Ağasəlim Həsənov, “Arxiv” şöbəsinin müdiri Sənubər Həşimova mövzu ətrafında müzakirələr aparmışlar.